Saytın xəritəsi aze eng   rus  

Xəbərlər

12.04.2014

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Vaşinqton şəhərində keçirilən Dünya Bankının illik konfransında iştirak ediblər

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi və bu istiqamətdə xarici ölkələrlə həyata keçirilən əməkdaşlıq mühüm yer tutur. Dövlət əmlakının səmərəli idarə olunması, özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, müasir kadastr sisteminin yaradılması və digər bu kimi məsələlərdə komitə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsini davam etdirir. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi BMT-nin əlaqəli komissiyaları, Dünya Bankı və inkişaf etmiş Avropa və Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrini müntəzəm olaraq inkişaf etdirir və bu sahədə fəaliyyətini genişləndirir.


12.04.2014

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi davam etdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alinması, daşınmaz əmlakın dövlət reyestrinin aparılaması və vahid kadastrının tərtib edilməsi, habelə ünvan reyestrinin aparılması sahələrində işlərin daha da təkmilləşdirilməsi və müasir əsaslarla inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. Belə ki, komitənin vəzifə və funksiyalarına aid ayrı-ayrı sahələrdə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, habelə komitə əməkdaşlarının bu sahədə biliklərinin daha da artırılması məqsədi ilə beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində davamlı olaraq işlər aparılır.


11.04.2014

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Tovuzda növbəti vətəndaş qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaş qəbulları keçirir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən indiyədək bölgələrdə 13 vətəndaş qəbulu keçirilmiş, qəbullarda 300-ə yaxın vətəndaş müraciət etmişdir.Növbəti belə qəbul aprel ayının 11-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Tovuz şəhərində keçirilib. Vətəndaş qəbulunda Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak edib, onların müraciətlərinə baxılıb, təklif və xahişləri dinlənilib.