Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi bölgələrdə növbəti vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin vətəndaş qəbulu vaxtı 29 iyun tarixinə keçirilmişdir.

Ardını oxu...

Rəqabətli hərrac: 26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

Dövlət əmlakları üzrə geniş seçim və rahat özəlləşdirmə şəraiti hərraclarda iştirakçı fəallığını təmin edir. Elektron formada sifarişin verilməsi və hərracda onlayn iştirak vətəndaşlara vaxt itirmədən əmlak sahibi olmaq imkanı verir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 18-i dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Hərracda 26 dövlət əmlakı üzrə ümumilikdə 40 sifarişçi iştirak etdi. İştirakçılardan 5-i seçdiyi dövlət əmlakına sifarişi olduğu məkandan elektron formada vermişdir. Özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri aiddir.

Ardını oxu...

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda investorların rahatlıqla dövlət əmlaklarını özəlləşdirmək imkanı var. Belə ki, hərracda yaradılan elektron mühit ilə hər kəs olduğu yerdən prosesə qoşula bilir. İnnovativ üstünlüklər dövlət əmlaklarının özəlləşdirilməsinə marağı artırır, o cümlədən özəlləşdirmə prosesini sürətləndirir.

Ardını oxu...

İstismarına icazə verilən növbəti binada sosial qeydiyyat aksiyası keçirildi: ümumilikdə 22 binadan 1500-dən çox mənzilə dair ilkin qeydiyyat sənədləri toplanıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istismarına icazə verilən binaların çıxarışla təmin olunması ilə bağlı işlər intensiv xarakter alıb. Bununla bağlı komitə tərəfindən vətəndaşların yaşadıqları ünvanlarda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət göstərilir, ilkin sənədlər toplanır. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası çərçivəsində reallaşdırılır.

Ardını oxu...

Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınması necə həyata keçirilir?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən  digər sahələrlə yanaşı, daşınmaz əmlakın qeydiyyatı sahəsində də göstərilən xidmətlər vətəndaş məmnunluğuna istiqamətlənib. Belə xidmətlərdən biri də tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınmasıdır.

Ardını oxu...