Hərracda kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi  hərraclarda sadə iştirak imkanları ilə  internetin olduğu məkandan özəlləşdirməyə qoşulmaq mümkündür. Seçdiyi əmlakı elektron sifariş verməklə yanaşı, hər kəs hərracda onlayn formada iştirak edə bilər. Bu fürsətlər özəlləşdirmədə rahat iştirakı və şəffaf mühiti təmin edir.

Ardını oxu...

“AZPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq” mövzusunda İctimai Təqdimat keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 2-də “AZPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq” mövzusunda İctimai Təqdimat keçirib. Tədbirdə kənd təsərrüfatı, neft sənayesi, nəqliyyatın intellektual idarə edilməsi, o cümlədən geodeziya və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarının, şirkətlərin nümayəndələri iştirak ediblər.

Ardını oxu...

30 iyul hərracı: özəlləşdirməyə hansı dövlət əmlakları çıxarıldı?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən açıq hərraclar dövlət əmlaklarının özəlləşdirilməsi, investisiyaların cəlb olunması və qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir. Fərqli kateqoriya, iqtisadi sahə üzrə investisiya imkanlarına malik dövlət əmlaklarının hərraca çıxarılması hər bir potensial investor üçün yeni biznes imkanları yaradır. İnnovativ hərrac xidmətləri ölkə ilə yanaşı, dünyanın istənilən yerindən özəlləşmə prosesinə qoşulmağı mümkün edir.

Ardını oxu...

Səyyar qeydiyyat avtobusu Samux rayonunda: bu həftə xidmətlər 2 qəsəbədə göstəriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan səyyar aksiyalar vətəndaşların elə yaşadıqları kənd və qəsəbələrdə qeydiyyat xidmətlərindən yararlanmasını təmin edir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası əhalinin rahat və əlçatan formada xidmətlərdən istifadəsinə, eləcə də ölkə üzrə leqal daşınmaz əmlakların sayının artmasına yönəlib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şabran, Xızı və Siyəzən rayonlarında vətəndaş müraciətlərini dinləyib

Dövlət xidmətlərinin vətəndaşlara layiqli formada göstərilməsi, hər bir müraciətə həssaslıqla yanaşılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 iyun tarixində Şabran şəhərində vətəndaş qəbulu keçirib. Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq elə həmin gün sədr müavinləri Rafiq Cəlilov Xızı rayonunda, Rüstəm Şahbazov isə Siyəzən rayonunda vətəndaş müraciətlərini dinləyib.

Ardını oxu...