Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 2-də “AZPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq” mövzusunda İctimai Təqdimat keçirəcək. Məqsəd AzPOS sistemi haqqında ümumi anlayış, göstərdiyi xidmət növləri, onların üstünlükləri, o cümlədən tətbiq sahələri, xidmətin faydaları haqqında məlumat verməkdir.

Ardını oxu...

Daşınmaz əmlak necə kadastr uçotuna alınır?

Dövlət torpaq kadastrı dedikdə, torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu nəzərdə tutulur. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır.

Ardını oxu...

Komitənin sosial şəbəkələri və internet resursları üzərindən hərracı izləmək imkanı

Şəffaflığı və əlçatanlığı təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər kəs üçün hərracları canlı izləmək imkanı yaradılıb. Belə ki, istənilən şəxs komitənin sosial şəbəkə səhifələri və digər internet resurslarından keçid etməklə açıq hərracları qeydiyyatsız formada izləyə bilər. Burada hərraca çıxarılmış lotun adı, start və cari qiyməti, eləcə də təkliflərin irəli sürülməsi canlı nümayiş olunur.

Ardını oxu...

Elektron formada hərraca qoşulmaq imkanı: özəlləşməyə 80 dövlət əmlakı çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi hər kəsin prosesdə iştirakına şərait yaradır. Onlayn formada seçim, sifariş prosedurları və elektron hərrac sisteminin tətbiqi ilə investorlar olduğu məkandan hərraca qoşula bilir. Bu imkanlar özəlləşdirməyə marağı artırmaqla yanaşı, vaxta qənaəti, hərraclarda şəffaf mühiti və rahat iştirakı təmin edir.

Ardını oxu...

Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmir rayonunun 2 kəndində keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyata alınması xidmətlərini vətəndaşlara daha yaxın etmək məqsədilə səyyar aksiyaları davam etdirir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası ilə xidmətlər birbaşa vətəndaş ünvanlarında göstərilir. Kənd və qəsəbə sakinləri vaxt itirmədən, məsafə qət etmədən mobil qeydiyyat ofisinə müraciət edirlər. Sosial aksiyaların keçirilməsində əsas məqsəd məmnunluq və rahatlığı təmin etmək, vətəndaşlara layiqli xidmət göstərməkdən ibarətdir.

Ardını oxu...