Əmlak Məsələləri Dövlət Komitəsinin Balakəndə yeni və müasir ərazi ofisi istifadəyə verildi: bütün xidmətlər bir ünvanda

Balakən sakinlərinə şad xəbər: artıq Balakən sakinləri də daşınmaz əmlakla bağlı xidmətlərdən müasir şəraitdə istifadə edəcəklər. Belə ki, vətəndaş məmnunluğunu ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi yeni inşa edilmiş ərazi ofisini 21 iyun tarixində Balakən rayonunda istifadəyə verib. Yeni binada daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin göstərilməsi ilə yanaşı, sakinlərin kadastr, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi və digər məsələlər ilə bağlı müraciətləri daha operativ və əlçatan formada qəbul ediləcək. Komitə tərəfindən göstərilən xidmətlərin bir ofisdə toplanması əhalinin əlavə ünvanlara getmədən rahat müraciətinə şərait yaradacaq.

Ardını oxu...

Daşınmaz əmlakın inventarlaşdırılması: xidmət Əmlak Xidmətləri Məkanında və elektron formada da göstərilir

Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır. Daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir.

Ardını oxu...

İnvestisiya müsabiqəsinin nəticəsi açıqlandı: daha bir istehsal müəssisəsi yenidən qurulacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin özəlləşdirilərək yenidən qurulması, investisiyaların cəlbi, o cümlədən özəlləşdirilmiş müəssisələrdə müasir istehsal sisteminin təminatı ilə bağlı tədbirlər reallaşdırılır. “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyətsiz qalan və ya tam gücü ilə fəaliyyət göstərməyən ağır sənaye müəssisələrində istehsalın genişləndirilməsi üzrə işlərini davam etdirir.

Ardını oxu...

BMT QAK-ın qlobal kampaniyalarına dəstək göstərilməsi üçün müraciət

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qaçqınlarla” (#WithRefugees) kampaniyasını zorla didərgin salınmış insanlar və vətəndaşlığı olmayan şəxslər üçün daha geniş qlobal hərəkata çevirməyə çalışır. Bu məqsədlə “Qaçqınlarla bir addım atın” (#StepWithRefugees) devizi altında davam edən “Qaçqınlarla” kampaniyasının daha geniş təşviqi aparılır. Qeyd edilən kampaniyaya qoşularaq https://stepwithrefugees.org/en/ internet səhifəsinə daxil olmaqla kampaniyaya dəstək ola bilərsiniz.

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi bölgələrdə növbəti vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin vətəndaş qəbulu vaxtı 29 iyun tarixinə keçirilmişdir.

Ardını oxu...