9 iyul hərracına hansı dövlət əmlakları çıxarıldı?

Vətəndaşların məmnunluğunu daima öz fəaliyyətində əsas tutan Əmlak Məsələləri Dövlət Komitəsi müasir üsullarla özəlləşdirmə xidmətlərini həyata keçirir. Bu sahədə elektron hərracın tətbiqi isə vaxta qənaətə və rahatlığın təminatına yönəlib. Komitə xidmətlə vətəndaş arasında məsafəni minimuma endirərək şəffaf, məhdudiyyətsiz mühitdə hərrac prosesini təklif edir.

Ardını oxu...

4 iyun hərracının nəticələri açıqlandı

İqtisadiyyatda özəl sferanın xüsusi çəkisinin artırılması üçün investiya mühiti daha da sağlamlaşdırılır, yerli və xarici investorlar özəlləşməyə cəlb edilir. Özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar da investor kütləsini bu prosesə cəlb etmək üçün unikal vasitədir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.

Ardını oxu...

İyulun 2-də keçiriləcək hərraca 85 əmlak çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi investorlara növbəti dəfə əmlak sahibi olmaq imkanı yaradır. Belə ki, budəfəki hərrac iyulun 2-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb. Özəlləşməyə çıxarılan 85 əmlaklardan 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir.

Ardını oxu...

Vətəndaş müraciətlərinin operativ cavablandırılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi qurumlarının rəhbərlərinin regionlarda qəbulu davam etdirilir: İyun ayının qəbul cədvəli

İnsan amilini ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması ilə bağlı işlərini davam etdirir. Komitə vətəndaşlara dərhal hüquqi yardımın göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə komitənin yerli qurumların rəhbərlərinin regionlarda birgə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır. Belə qəbulların keçirilməsində başlıca məqsəd bölgələrdə vətəndaşların müraciətlərinə daha səmərəli baxılması, onların həlli istiqamətində optimal qərarların verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Qəbula yazılmaq istəyən vətəndaşlar iyun ayının qəbul qrafiki və keçiriləcəyi ünvanlarla bağlı ətraflı məlumatı aşağıdakı cədvəldən ala bilərlər:  https://bit.ly/2u6rQjJ