“Kiçik dövlət müəssisələrinin (obyektlərinin) hərraclarda satışı” xidməti elektron formatda

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə göstərilən xidmətlərdən biri də “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) hərraclarda satışı” adlanır. Bu xidmət Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kiçik dövlət müəssisələrinin (obyektlərinin) nizamnamə kapitalının ( ilkin (start) qiymətinin) 85%-nin üzərində mülkiyyət hüquqlarının əldə edilməsi ilə bağlı hərracların keçirilməsini əhatə edir.

Ardını oxu...

Bu ildə daha 5 rayonda, ümumilikdə 35 rayonda torpaqların elektron kadastr uçotu işləri tam olaraq yekunlaşıb.

Ölkənin torpaq balansı dəqiqləşir, regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, o cümlədən torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Nəticədə vətəndaşlara məxsus torpaqların sahəsi bilinir,  torpaq istifadəçiliyi ilə bağlı düzgün qərarlar qəbul edilir. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı torpaqların elektron kadastr uçotu nəticəsində reallaşır.

Ardını oxu...

Torpaq sahələrinin mərzçəkmə işləri və mərz nişanlarının qoyulması: xidmətin mahiyyəti və ünvanı

Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır. Torpaq sahələrində mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidməti Əmlak Xidmətləri Məkanında göstərilir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi may ayında Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək.

Ardını oxu...