Avstriya ilə Azərbaycan arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində qarşılıqlı əlaqələr genişləndirilir

Daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair 2018-ci il 6 iyulda imzalanan Anlaşma Memorandumu çərçivəsində Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun nümayəndə heyəti iyulun 11-də Əmlak Məsələləri Dövlət Komitəsində olub. Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov və Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumunun prezidenti cənab Vernherr Hoffmann iştirak ediblər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verib

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin daha da səmərəli təşkili üçün yerlərdə torpaq müfəttişlərinə treyninqlərin keçirilməsinə start verib. Bunun üçün torpaq müfəttişlərindən ibarət işçi qrupu yaradılıb. İlk treyninqlər Bakı, Sumqayıt şəhərlərində, Şamaxı, Xaçmaz rayonlarında keçirilib.  

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 09 iyul tarixində növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində tətbiq etdiyi müasir üsullar hərraclarda iştirakı vətəndaşlar üçün daha rahat edir. Hərraca çıxarılan bütün dövlət əmlakları üzrə sifarişlərin elektron formada verilməsi, eyni zamanda virtual hərrac ilə hər kəs üçün prosesə onlayn qatılmaq imkanı təmin edilir. Hərraclarda yaradılan rahat şərait vətəndaş məmnunluğunun təminatına, investorların özəlləşdirməyə marağının artırılmasına yönəlib. Bundan başqa, innovativ fürsətlər ilə keçən hərraclar özəlləşdirmə prosesini sürətləndirir, müxtəlif iqtisadi sahələr üzrə yeni sahibkarlıq obyektlərinin yaranmasına və inkişafına dəstək verir.

Ardını oxu...

Prezidentin fərmanının sürətli icrası ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasına daha intensiv formatda start verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilən binalarda yerləşən mənzillərin çıxarışla təmin olunması ilə bağlı işlərin daha intensiv keçirilməsinə start verib. Belə ki, iyulun 9-dan etibarən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində istismarına icazə verilən binalarda mobil qeydiyyat xidməti göstəriləcək, ilkin sənədlər toplanacaq. Bu səyyar xidmət iyulun 9-dan 12-nə kimi Nizami, 15-19 tarixlərində Sabunçu, Suraxanı, Xətai, Binəqədi, 22-dən 26-na kimi isə Yasamal və Səbail rayonlarında olacaq.

Ardını oxu...