Qərar

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 98

Bakı şəhəri, 23 aprel 2008-ci il

Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat formasının təsdiq edilməsi barədə

"Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 8.4-cü bəndinin icrasının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

qərara alır:

1. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət komitə, şirkət, birlik, səhmdar cəmiyyətləri və dövlət müəssisələri bu qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A.Rasi-zadə 

Azərbaycan Respublikasının Baş naziri