Ümumi məlumat

 

Missiyamız:  

“ƏMDK könüllüləri” respublikamızda gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

“ƏMDK könüllüləri” olaraq missiyamız - gənclərə göstərilən bu diqqət və qayğının qarşılığında könüllü olaraq müsbət dəyərlərə malik gənc nəslin formalaşmasında iştirak etmək və əmlak məsələləri, eləcədə daşınmaz əmlak sahəsinin inkişafı üçün çalışan könüllü cəmiyyəti yaratmaqla gələcəkdə bu sahənin dayanıqlı inkişafına ciddi təkan verəcək innovativ yenilikləri, müasir texnologiyaları tətbiq edə biləcək kadr ehtiyatının formalaşmasına tövhə verməkdir.

 

Fəaliyyət istiqamətlərimiz:  

Vətəndaşlara daha keyfiyyətli xidmətin göstərilməsi və məmnunluq səviyyəsinin yüksəldilməsi, gənclərin, məzun və tələbələrin bilik və bacarıqlarınin artırılması məqsədilə mülki qanunvericilik, yer quruluşu və mühəndislik, maliyyə və mühasibatlıq, insan  resurslarının idarə edilməsi, kargüzarlıq işini təşkil edilməsi və aparılması sahələrində təcrübə keçmələri üçün imkanların yaradılması.

 

Üstün tutduğumuz dəyərlər:

Sağlam düşüncə- könüllü komitədə hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq təhsilin, elmin inkişafı naminə səylə çalışmalı, öz fəaliyyətində dürüstlüyü, ədalətliliyi, sağlam düşüncəni üstün tutmalıdır;

Şəffaflıq-vətəndaş məmnunluğunun səviyyəsinin artırılması, kadr potensialının formalaşdırılması, insan kapitalına dəyər verilməsi və ictimai rəyin yüksəldilməsi məqsədilə komitədə həyata keçirilən könüllü fəaliyyətin əsas qayəsidir.

 

Nailiyyətlərimiz:

 

Əmlak Məsələləri Dövlət Komitəsinə könüllü fəaliyyətlə bağlı 1000 dən artıq şəxs müraciət etmiş, onlardan 300 nəfəri ixtisaslarına uyğun  fəaliyyət sahələri üzrə ƏMDK-nın strukturuna daxil olan və tabeliyindəki qurumlarda könüllü fəaliyyətə cəlb edilmiş, 116 nəfər könüllü komitədə müvafiq işlə təmin edilmişdir.