Əmlak Məsələləri Dövlət Komitəsində gənclərin, tələbə və məzunların bilik və bacarıqlarının inkişafı, vətəndaş məmnunluğunun arıtırılması, vətəndaşlar arasında könüllülüyün təbliği  məqsədi ilə müvafiq qanunvericiliyə uyğun olaraq könüllü fəaliyyət həyata keçirilir.

 “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.