AzPOS haqqında

AzPOS (ingiliscə Azerbaijan Positioning Observation System sözlərinin baş hərfləridir) Azərbaycan Respublikasının müxtəlif bölgələrində 37 ədəd Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları (FFGİS-CORS) şəbəkəsidir. Bu sistem daimi olaraq Amerikanın GPS və Rusiyanın GLONASS peyk siqnallarını qəbul edir.  Xidmət hər iki – RTK\RZK (real zaman kinematikası)  və DGNSS\DQNPS(Differensial Qlobal Naviqasiya Peyk sistemi) əməliyyatların çevikliyini təklif edir.  RTK əməliyyatlar DGNSS əməliyyatlara nisbətən daha uzaq məsafəyə doğru genişlənə bilər. Hər iki real-time əməliyyatları etibarlı internet əhatəsi tələb edir. AzPOS sonradan emal (post-processing) xidmətini də təklif edir. FFGİS stansiyaları 7 gün/24 saat fasiləsiz olaraq fəaliyyət göstərir.  Sistem hələ tam işə düşməyən Avropa İttifaqının Galileo peyk siqnallarını da qəbul etmək iqtidarındadır. Bu sistem ən son GNSS\QNPS (Qlobal Naviqasiya Peyk Sistemi) texnoloji məhsulları ilə yaradılıb.

AzPOS Azərbaycan Respublikası ərazisində geodeziya ölçü işlərində tətbiq olunan yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. AzPOS şəbəkəsi məlumatları dəqiq vaxt rejimində RTK və Differensial Qlobal Naviqasiya Peyk sistemi vastəsi ilə emal olunduqdan sonra  (DGNSS Post-Prosessing) elektron formada ötürülür.