Konfrans materialları

 

 

AZƏRBAYCAN XALQININ ÜMUMMİILLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ

                    "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA MÜLKİYYƏT İSLAHATLARI" MÖVZUSUNDA

ELMİ-PRAKTİKİ KONFRANS

 
 

“Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda elmi-praktik konfransa dair Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli, 2679 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatlarının, ictimai-siyasi təşkilatların, beynəlxalq təşkilatların, elm və tədris müəssislərinin nümayəndələrinin, iqtisadçı alimlərin iştirakı ilə 2013-cü il may ayının 3-də “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

Konfransda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşmasında müstəsna rolu olan geniş miqyaslı mülkiyyət islahatlarının və dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsi istiqamətində atılan tarixi addımlar, qəbul edilən qərarlar, ardıcıl və səmərəli tədbirlərin sosial-iqtisadi aspektləri, onların nəticələrinə dair məruzə və çıxışlar dinləniləcək, geniş müzakirələr aparılacaqdır.

Elmi-praktiki konfransda dövlət qurumlarının, elmi tədqiqat idarələrinin, tədris müəssislərinin, vətəndaş cəmiyyətinin nümayəndələrinin, iqtisadçı alimlərin iştirakı, göstərilən  mövzu ilə bağlı məruzə və təqdimatların keçirilməsi nəzərdə tutulur.

Konfransda iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində əvvəlcədən qeydiyyatdan keçməlidirlər.  

 

Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 25 mart 1996-cı il, №451

 

"Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 10 avqust 2000-ci il, №383

 

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. 16 may 2000-ci il, №878-İQ 

 

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı.10 avqust 2000-ci il, №382 

 

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 23 dekabr 2000-ci il, №432