Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işlərinə start verildi: Bu məqsədlə regional İşgüzar Forum keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işlərinə başlanılıb. Görüləcək işlərin mahiyyəti və nəticələrinin izahı, bununla əlaqədar aidiyyatı qurumların koordinasiyası ilə bağlı Biləsuvar rayonunda maarifləndirici regional İşgüzar Forum  keçirilib. Tədbirdə Komitənin, rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər.

Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri təqdimatla çıxış ediblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli  müvafiq Fərmanına əsasən Komitə ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işlərini uğurla həyata keçirir. Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması ilə bağlı həyata keçiriləcək işlərin mahiyyəti, müddəti, vətəndaşlara izah olunub. Eyni zamanda rayonun əlaqədar qurumları ilə birgə qarşılıqlı əməkdaşlığın iş prinsipi müəyyən edilib. 

Ardını oxu...

Komitənin 36 elektron xidmətlərindən 600 minə yaxın vətəndaş istifadə edib

Azərbaycan Respublikası Prezidenti Möhtərəm cənab İlham Əliyevin vətəndaşlara operativ və şəffaf xidmətlərin göstərilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə elektron, onlayn və SMS xidmətlərinin tətbiqini genişləndirir. Vətəndaş məmnunluğunu ön planda saxlayan Komitə əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayına görə seçilir. Əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə Komitə fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini təkmilləşdirir. 

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda Komitənin fəaliyyət sahələri üzrə 36 elektron, o cümlədən 3 onlayn və 3 SMS xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.

Ardını oxu...

193 saylı vahid çağrı mərkəzi vasitəsilə vətəndaşın müraciətləri çevik cavablandırılır, operativ araşdırılır

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə vətəndaşlarının müraciətlərinə həssaslıqla baxılması, göstərilən ictimai xidmətlərdə operativlik və şəffaflığın artırılması istiqamətində işləri təkmilləşdirir. Komitə xidmətlərdə vətəndaş məmnunluğunun artırılması, fəaliyyət istiqamətləri üzrə yaranan sualların tez bir zamanda cavablandırılması kimi məsələlərə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə istifadəyə verilən 193 vahid çağrı mərkəzi Komitənin fəaliyyəti ilə bağlı müxtəlif qaynar xətləri bir yerdə cəmləşdirir, araşdırma tələb edən sualları aidiyyatı yerlərə ünvanlamaqla məsələnin həllində xüsusi rol oynayır.  Komitənin bütün fəaliyyət sferasına aid olan müraciətlər vahid çağrı mərkəzi vasitəsilə cavablandırılır.

Vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, özəlləşdirmə prosesində keçirilən hərraclarla bağlı suallarını, habelə torpaqların kadastr uçotu, keyfiyyət göstəricilərinin müəyyən edilməsi, istifadə vəziyyəti, təyinatının dəyişdirilməsi, ünvan və digər məsələlərlə əlaqədar yalnız bir nömrəyə-193 saylı vahid çağrı mərkəzinə ünvanlaya bilərlər. Vahid çağrı mərkəzinin yaradılmasında məqsəd vətəndaş müraciətlərinin çevik cavablandırılmasının, operativ araşdırılmasının və bu işlərin daha rasional aparılmasının təmin edilməsidir.

Statistik göstəricilərə görə carı ilin sentyabr ayı ərzində 193 Vahid Çağrı Mərkəzinə 250-ə yaxın müraciət daxil olub. Sentyabr ayı ərzində ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 84 %-ə yaxını sorğu tiplidir.

Ardını oxu...

Əhali hərracları real vaxt rejimində izləyir: Növbəti hərrac rəqabətli olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə  açıq hərracların keçirilməsi davam etdirilir. Hərraclarda yaradılmış avtomatlaşdırılmış infrastruktur əhaliyə prosesi real vaxt rejimində izləmək imkanı verir. Bunun üçün qeyd olunan linkə keçid etmək kifayətdir: https://e-emdk.gov.az/eHerrac/Home/Presentation

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 17 oktyabrda  keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 6-ı  kiçik dövlət müəssisəsi, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq ən son 17 min manata özəlləşdirilib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ilin 9 aylığına dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir.

Komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə aparılmış mühüm islahatlar nəticəsində qeyri-neft sektoru inkişaf edir, iqtisadiyyat şaxələndirilir. Eyni zamanda biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, məşğulluq səviyyəsi artırılır, vətəndaş məmnunluğu təmin edilir. Həyata keçirilən islahatlar çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyət istiqamətləri üzrə cari ilin 9 ayında da ardıcıl olaraq mühüm işlər görmüşdür.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə canlı izləmək imkanı da var.

Budəfəki hərracda müxtəlif çeşidli 56 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 21-i kiçik dövlət müəssisə və obyekti, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.

Ardını oxu...

Torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili və inzibatçılığı ilə bağlı İşgüzar Forum keçirilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirləri gücləndirilir, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi təmin edilir. Əmlak Məsələləri Dövlət Komitəsi fərmana uyğun olaraq mühüm işlər həyata keçirir. Komitə, torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili, müasir yanaşmalarla torpaq inzibatçılığının reallaşdırılması, beynəlxalq təcrübədən yararlanaraq  torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması istiqamətində ardıcıl tədbirlər görür. Belə tədbirlərdən biri də regionlarda keçirilən maarifləndirici İşgüzar Forumlardır.

Növbəti belə bir maarifləndirici İşgüzar Forum oktyabrın 12-də Xaçmazda baş tutub. Tədbir yerli icra hakimiyyəti nümayəndələrinin, bələdiyyələrin, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, iri torpaq mülkiyyətçilərinin və KİV nümayəndələrinin maarifləndirilməsi məqsədilə keçirilib.  Növbəti belə bir tədbir isə Siyəzəndə təşkil olunacaq.

Tədbirin məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyəti qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı qarşılıqlı əlaqənin təmin edilməsidir. Eyni zamanda torpaqların istifadəsi ilə bağlı yaranan hüquq və vəzifələri agah etmək, torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə əlaqədar yaranan məsələlər barəsində maarifləndirmək əsas vəzifələrdəndir.

Ardını oxu...

Hərracları onlayn rejimdə izləmək mümkündür

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi  və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir yanaşmaların tətbiqini genişləndirir.

Özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün Komitə tərəfindən açıq və şəffaf hərraclar keçirilir. Belə hərraclar hər kəsin iştirakı üçün açıqdır. Yəni istənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq online izləyə bilər. Eyni zamanda hərracları https://e-emdk.gov.az/eHerrac/Home/Presentation keçidinə keçməklə onlayn rejimdə izləmək mümkündür. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir.

Ardını oxu...

Noyabr ayının ilk hərracı elan olunub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə ayın ilk hərracı keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 161 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 55-i istifadəsiz qeyri-yaşayış sahəsi, 21-i səhmdar cəmiyyətləri 9-u isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Sabirabad Mexanikləşdirmə”, “Zaqatala Fındıq”, “Anar ”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Budəfəki hərracda  həmçinin "Boradigah Çay-2" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi torpaq sahəsi də özəlləşdirilməyə çıxarılıb. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.  

Ardını oxu...

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Məlumatı

“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 112 ünvanında yerləşən, Nəsimi Rayon MKTB-nin balansında olan 5-6 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 57,6 kv.m.  qeyri-yaşayış sahəsinin icarəyə verilməsi üzrə müsabiqə elan etmişdir. Sifarişçilər qarşısında qoyulan şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklifinin verilməsi müəyyən edilmişdir.

Ardını oxu...

Komitə milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib: Özəlləşdirilmə sahəsində görülən işlər üstünlük təşkil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi,  qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda xammal-emal-istehsal zəncirinin təmin edilməsi məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi, bu sahədə innovasiyaların və yeni yanaşmaların tətbiqi ilə bağlı bir sıra tapşırıqlar verilmişdir. Bu amillər ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş Strateji Yol Xəritəsində, habelə “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanında da əksini tapır. Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşən müəssisələrin fəaliyyətinin genişləndirilməsi, həmin müəssisələrdə rəqabət qabiliyyətli məhsulların hazırlanması, onların xarici bazarlara çıxış imkanlarının artırılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirir. Qeyd edilən fərmana, Strateji Yol Xəritəsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi, özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi, özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması ilə bağlı işləri davam etdirir. Eyni zamanda əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi, təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Komitə bu sahədə müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq edir, prosedurları sadələşdirir, elektron xidmətlərin sferasını genişləndirir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar rəqabətli şəkildə davam edir

Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaqları üçün keçirilən açıq və şəffaf hərraclar rəqabətli şəkildə davam edir. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 3 oktyabr tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Ardını oxu...

Mənzilini tərk etmədən əmlak sahibi ol: İnternet vasitəsilə hərraca onlayn qatılmaq imkanı investorların işini sadələşdirir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq canlı izləmək imkanı da var.

Budəfəki hərracda müxtəlif çeşidli 116 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 3-i isə nəqliyyat vasitələridir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Salyan rayonunda vətəndaşların müraciətlərinə baxıb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 sentyabr 2017-ci il tarixində Salyanda vətəndaş qəbulu keçirib. Qəbulda Salyan ilə yanaşı Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşlar da iştirak edib.

Qəbulda iştirak edən vətəndaşlar daşınmaz əmlakın sənədləşdirilməsi, habelə texniki pasportların alınması, torpaqların elektron kadastr uçotu sistemi, torpaqlardan düzgün istifadə qaydaları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda regionlar üzrə iştirak qaydaları ilə bağlı müxtəlif səpkili müraciətlər səsləndiriblər. Müraciətlərin bir qismi torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı olub. Fərdi həyət evi, həyətyanı torpaq sahələri, pay torpaqları, mənzillərə çıxarış alınması barədə də vətəndaşlar məsələlərini bildiriblər. Qəbulda iştirak edən vətəndaşların digər bir hissəsi isə özəlləşməyə çıxarılan ictimai iaşə, məişət, ticarət və digər sahələrə aid olan obyektlərin özəlləşdirilməsi ilə bağlı müraciətlər ediblər. 

Ardını oxu...

Sabunçu rayonunda “Pilot Layihə” çərşivəsində inşa edilmiş növbəti bina sakinlərinə mənzillərin açarı və çıxarışlar təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş mənzil fondunun sökülərək, yerində yeni evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə start verilmişdir.

Sabunçu rayonunda son illərdə aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Möhtərəm cənab Prezidentin göstərişinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 8 avqust 2015-ci il tarixli “Bakı şəhəri, Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar genişmiqyaslı işlərin icrasına başlanılmışdır. Bu istiqamətdə ilk olaraq pilot layihə Sabunçu rayonunda reallaşıb.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən könüllülük fəaliyyətini bitirənlərə sertifikatlar təqdim edib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən könüllülük proqramının həyata keçirilməsi davam etdirilir. Proqram “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşdırılır. Komitə tərəfindən könüllülük fəaliyyətini bitirənlərə sertifikatlar təqdim edilib. Qeyd edilməlidir ki,  24 nəfərdən ibarət könüllü 2017-ci ilin iyul ayının 22-də Komitənin müvafiq qurumlarında fəaliyyətə başlayıb. Həmin ilin sentyabrın 26-da isə fəaliyyəti bitiriblər. Fəaliyyət müddətinin sonunda könüllülərin nəzəri biliklərini və biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədi ilə test imtahanları keçirilib. Topladıqları ballara uyğun olaraq isə onlara müvafiq sertifikatlar verilib.

Ardını oxu...

Azərbaycanda bütün mənzil sahiblərinin gözlədiyi yenilik baş verib: Vətəndaşlar alacağı mənzillərə çıxarışın verilib verilməyəcəyini və qiymətini əvvəlcədən öyrənə biləcəklər

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər. Bununla bağlı 27 sentyabr tarixində “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda İctimai təqdimat keçirilib. Tədbirdə, Komitə nümayəndələri, iqtisadçı ekspertlər, bu sahədə fəaliyyət göstərən sahibkarlar, media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

3 əmlaka 11 elektron sifarişin verildiyi hərracda qalib şəxslərdən biri evindən onlayn qatılan sifarişçi olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları investorların hərraclarda iştirakını daha da sadələşdirib.  Bu isə hərraclara qatılan sərmayəçilərin sayında artıma səbəb olur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə rəqabətli hərrac 26 sentyabrda keçirilib. Belə ki, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna əyani sübutdur. Eyni zamanda investorların hərraclara onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verib.  Budəfəki hərracda qalib şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub.

Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Xətai, Suraxanı, Nərimanov rayonlarında yerləşir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi isə 17-55 kv.m arasında dəyişir. 

Ardını oxu...

Qəbələdə torpaqlardan istifadəyə və onların mühafizəsinə dair işgüzar forum keçirilib

Qəbələ rayonunda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyə nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda işgüzar forum keçirilib.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin Nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların, eləcə də  ölkədə bütün mənzil sahiblərinin gözlədiyi daha 2 yeni elektron xidmətin - “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidmətlərinin  istifadəyə verilməsi ilə bağlı  “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda  İctimai təqdimat  keçiriləcəkdir.

Ardını oxu...

Hərracda ilkin start qiyməti aşağı olan əmlaklar çoxluq təşkil edir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2642

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış ola bilər.

Ardını oxu...