“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyasından H.Z.Tağıyev qəsəbəsinin sakinləri yararlanacaq

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini müxtəlif kampaniyalar ilə səyyar şəkildə kənd və qəsəbə sakinlərinə təqdim etməkdədir. Xidmətləri birbaşa vətəndaş ünvanlarına aparan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası bu həftə  Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində keçiriləcək. Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdən yaralanması üçün H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi (21 saylı Mənzil İstismar Sahəsinin qarşısı) ünvanında mobil ofis fəaliyyət göstərəcək. Qəsəbə sakinləri  21-25 yanvar tarixlərində saat 09:00-dan 17:00-dək yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətlərin istifadə etmək üçün müraciət edə bilər.

Ardını oxu...

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda sadə iştirak imkanları ilə hər kəsin vaxt itirmədən prosesə qoşulması təmin edilir. Açıq və şəffaf həraclarda tətbiq olunan elektronlaşdırma vətəndaşların özəlləşdirmədə iştirak dinamikliyini artırır, dövlət əmlaklarının sahibkarlıq obyektlərinə çevrilməsini genişləndirir. Yaradılan imkanlar vətəndaşların seçim, sifariş və iştirak prosedurlarını olduğu yeri tərk etmədən onlayn formada həyata keçirməsinə şərait yaradır.

Ardını oxu...

Torpaq uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçalada istifadəyə verildi: hansı dəyişikliklər olacaq?

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 7 mart tarixli müvafiq Fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri yeni yanaşmalar və müasir çağırışlar əsasında davam etdirilir. Artıq Neftçala rayonu üzrə bu istiqamətdə əldə edilən yeni məlumatlar real şəraitdə istifadə ediləcək. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Neftçala rayonunda görülən işlərin nəticələri, sistemin istifadə qaydaları ilə bağlı Regional Forum keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib.

Ardını oxu...

Növbəti hərrac baş tutdu: hansı dövlət əmlakları özəlləşdirildi? (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 yanvar tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Müxtəlif kateqoriyalar üzrə çoxseçimli dövlət əmlaklarının özəlləşməyə çıxarılması və hərraca qoşulmaq üçün sadə prosedurlar vətəndaş fəallığını təmin etdi. Belə ki, elektron hərrac sistemi ilə 8 vətəndaş vaxt itirmədən, gündəlik fəaliyyətdən uzaqlaşmadan onlayn sifariş verməklə hərracda iştirak statusu qazanıb. 15 dövlət əmlakı üzrə ümümilikdə 31 sifarişin olması səbəbindən hərrac rəqabətli şəraitdə keçdi. Özəlləşdirilən dövlət əmlaklarından 8-i kiçik dövlət müəssisə və obyekti, 6-sı nəqliyyat vasitəsi, 1-i isə qeyri-yaşayış sahəsidir.

Ardını oxu...

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi investorların prosesə qoşulmasını sadələşdirir. Təşkil edilən hərracların artıq yeni ünvanda - Əmlak Xidmətləri Məkanında (Bakı şəh., Nizami ray., X.R.Ulutürk küç., 20) keçirilməsi iştirakçı məmnuniyyətinə və rahatlığına yönəlib. Açıq və şəffaf prosesdə həm canlı, həm də onlayn formada iştirak prosesi üçün 100 nəfərlik zal müasir avadanlıqlarla təmin edilib. Belə ki, hərrac zalında quraşdırılan monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklar barədə məlumatlarla tanış olmaq, eləcə də virtual hərrac prosesini izləmək mümkündür.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ildə ilk ünvanı Corat qəsəbəsidir

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar aksiyaları yeni ildə də davam etdirir. Belə ki, xidmətləri vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının bu il üçün ilk ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsidir. Bütün növ daşınmaz əmlaklar üzrə qeydiyyat xidmətlərindən faydalanmaq istəyən hər bir sakin 14-18 yanvar tarixlərində saat  09:00-dan 17:00-a qədər Corat qəsəbəsi, Sülh küçəsi, 347 (İcra nümayəndəliyinin qarşısında) ünvanındakı səyyar xidmət avtobusuna yaxınlaşa bilər.

Ardını oxu...

Yeni ilin ilk “Kütləvi çıxarış” kampaniyası yeni yaşayış kompleksində

Əmlak Məsələləri Dövlət Komitəsi rahatlıq və məmnuniyyəti təmin edərək daşınmaz əmlakların ünvanlarda qeydiyyata alınmasını davam etdirir. Səyyar aksiyalar ilə göstərilən xidmətlər bölgələrdəki daşınmaz əmlaklar ilə yanaşı, şəhər və rayonlar üzrə çoxmərtəbəli binaları da əhatə etməkdədir. Növbəti “Kütləvi çıxarış” kampaniyası 11 yanvar tarixində Abşeron rayonunda keçirildi.

Ardını oxu...

2018-ci il ərzində 193 Çağrı Mərkəzi tərəfindən 13 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan 193 Çağrı Mərkəzinin fəaliyyəti əmlak idarəçiliyi ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin operativ cavablandırılmasına, hüquqi yardımın  göstərilməsinə, xidmət keyfiyyətinin artırılmasına yönəlib. Ötən il ərzində Çağrı Mərkəzində ümumilikdə 13 minə yaxın müraciət cavablandırılıb. Daxil olan müraciətlərdən 11 minə  yaxını sorğulardan ibarətdir. Sorğu tipli müraciətlərin mövzuları əsasən, dövlət əmlaklarının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciət üzrə ətraflı məlumatlandırılması üçün sorğular dərhal cavablandırılıb, mütəxəssislər tərəfindən qanunvericiliyin tələbləri izah olunub və hüquqi məsləhətlər verilib.

Ardını oxu...

2019-cu ilin ilk rəqabətli hərracı: 15 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən hərraclar dövlət əmlaklarının özəlləşdirilməsini reallaşdırmaqla yeni biznes obyektlərinin yaranmasına dəstək olur. Müxtəlif sahələrə uyğun olan müəssisələrin hərraclara çıxarılması investorların seçim imkanlarını artırır. Müasir yanaşmaların cəlb olunması ilə hər kəs üçün özəlləşdirilmə fürsətlərindən rahat istifadə şəraiti yaradılıb. Vətəndaşların sərbəst iştirakçılığı ilə növbəti hərrac 8 yanvar tarixində keçirildi. İlin ilk hərracında iştirak üçün investorlar tərəfindən 5 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili üzrə ümumilikdə 21 sifariş verilmişdir.

Ardını oxu...

Əmlak Xidmətləri Məkanı fəaliyyətə başladı!

Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərilən xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi,  xidmətlərin tam elektronlaşdırılması təmin edilmişdir.

Ardını oxu...

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verdi. Binanın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parkinq yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görülüb.

Ardını oxu...

“Özəlləşdirilmə portalı”na baxış sayı 2 milyonu ötüb

Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün Özəlləşdirilmə portalı əlverişli platformadır. Bununla Azərbaycanda özəlləşəcək bütün dövlət əmlakları vahid məkanda cəmləşib və həmin obyektləri bir virtual məkandan əldə etmək mümkündür. Sayt özəlləşdirmə prosesində çevikliyin, şəffaflığın, optimallığın təmin edilməsində, iri müəssisələrin özəlləşdirilməsində, büdcə daxilolmalarının artırılmasında bir növ dəstək mexanizmidir. Portalın fəaliyyəti əmlak sahibi olmaq üçün lazım olan prosedurları olduqca sadələşdirib. Yeni yanaşmaların tətbiq edildiyi portala daxil olmaqla bütün prosesləri elektron üsullarla həyata keçirmək mümkündür. Belə ki, investor sayt vasitəsilə elektron qaydada seçdiyi əmlaka sifariş verə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Başqa sözlə sayt vasitəsilə investor heç bir yerə getmədən internet vasitəsilə onlayn rejimdə hərracda iştirak edə bilir. Portal sayəsində keçirilən hərracları canlı izləmək də mümkündür. Bu imkanlar nəticəsində sayta baxış sayı 2 milyonu ötüb.

Ardını oxu...

Yeni il ərəfəsində keçirilən “Kütləvi çıxarış” kampaniyası Sabirabadın 7 kəndini əhatə etdi

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş məmnunluğunu artırmaq məqsədilə ictimai xidmətlərdə sosial aksiyaları mütəmadi olaraq keçirir. “Kütləvi çıxarış”, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”  kampaniyası ilə xidmətin vətəndaşın ünvanına çatdırılması, mülkiyyət hüquqlarının geniş təminatı, vətəndaşların xidmətlərdən rahat və əlçatan formada istifadəsi, daşınmaz əmlakların çevik qeydiyyatı reallaşır.

“Kütləvi çıxarış” kampaniyası ilə vətəndaşlara birbaşa ünvanlarında, iş yerlərində hazır çıxarışlar təqdim olunur, qeydiyyat xidmətləri göstərilir. Komitə tərəfindən sosial əhəmiyyəti yüksək olan bu aksiyanın bayram ərəfələrində keçirilməsi isə ənənəvi hal alıb. “Kütləvi çıxarış” kampaniyası dekabrın 27-si Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Sabirabad rayonunda keçirilib. Bu sosial layihə rayonun 7 kəndində baş tutub. Belə ki, kampaniya Qalağayın, Nizami, Bulaqlı, Nərimankənd, Yastıqobu, Moranlı və Qaratəpə kəndlərini əhatə edib.

Ardını oxu...

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq respublika ərazisində Torpaqların Elektron Kadastr Uçotu işləri müvəffəqiyyətlə davam edir. Artıq respublikanın 30 rayonunun bələdiyyə hüdudları daxilindəki kənd təsərrüfatı təyinatlı torpaqlarda kadastr uçotu işləri yekunlaşıb. Növbəti ünvan Masallı rayonu olub.

Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Masallı rayonunda İctimai təqdimat keçirilib. Həmin rayonda artıq torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verilib.

Ardını oxu...

2018-ci ilin son hərracı- 12 dövlət əmlakına 24 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsində investorların və digər şəxslərin rahat iştirakını təmin etmək üçün prosesə  innovativ üsulları cəlb etməkdədir. Müasir elektron prosedurlar ilə hər kəs məkan və zaman fərqi olmadan müraciət şəraiti ilə təmin olunur. Eləcə də, iştirak statusu qazanan şəxslər heç bir yerə getmədən hərraclara onlayn formada qoşulmaqla bütün növ dövlət əmlaklarını özəlləşdirə bilir. Sifarişçilərlə yanaşı, digər şəxslərin də açıq və şəffaf hərracların gedişatını canlı və onlayn formada izləmək imkanı mövcuddur.

Komitə tərəfindən növbəti hərrac 25 dekabr tarixində keçirildi. 2018-ci ilin son hərracına 12 dövlət əmlakı üzrə 24 sifariş qəbul edilmişdir. Belə ki, bu dəfə 1 kiçik dövlət müəssisəsi və 4 nəqliyyat vasitəsi hərracda rəqabət yaratdı.

Ardını oxu...

AzNav “Milli Net 2018”- “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub

İstifadə qaydalarının rahatlığı, geniş funksionallığı AzNav  naviqasiya sisteminə olan marağı artırıb. Hazırda AzNav 254 min mobil qurğuda real rejimdə işləməkdədir. Göstəricinin yüksək olması “AzNav”ın bir çox üstün cəhətlərə sahib olduğunu göstərir. İstifadəçilər “AzNav”ı “iOS” (Apple), “Windows CE” əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan və eyni zamanda, telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək imkanına malikdir. Həmçinin vətəndaşlar əlavə internet paketi götürmədən də sistemi oflayn rejimdə işlədə bilərlər. Bu isə onların vəsaitlərinə qənaət etməsinə imkan verir.

Ardını oxu...

İnvestorlar 29 yanvar hərracında hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

Dövlət əmlaklarının özəlləşdirməsi üzrə göstərilən əlçatan xidmətlər hərracda vətəndaşların rahat iştirakçılığını təmin edir. Geniş seçim imkanı, elektron formada sifariş və iştirak prosedurları dövlət əmlaklarının özəlləşdirilməsinə marağı artırır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə hərraclardan biri 29 yanvar tarixində keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 60 dövlət əmlakı çıxarılıb. Onlardan 28-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir.

Ardını oxu...

“Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda işgüzar forum keçirilib

Özəlləşmə nəticəsində bölgələrdə fəaliyyət göstərən müəssisələrin sayı daha da artacaq. Prosesin sürətləndirilməsi, özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin effektivliyi istiqamətində aparılan işlərin məcrası genişlənir. Bu kimi hədəflərin reallaşdırılması üçün isə innovativ yanaşmalar tətbiq edilir, özəlləşmənin elektron müstəviyə keçidi təmin olunur, maarifləndirici forumlar keçirilir. Belə tədbirlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 21-də Mingəçevir şəhərində “Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda işgüzar forum təşkil edilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda ətraf rayonlardan olan 100-dək sahibkarlıq subyekti, iş adamı iştirak edib. 

Ardını oxu...

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır: ilk pilot layihə Salyanda başladı

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-ci il tarixli Fərmanına əsasən ölkədə həyata keçirilən torpaqların elektron kadastr uçotu işləri bütün rayonları sürətlə əhatə etməkdədir. Bu işlərin məqsədi səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin dəqiqi həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, coğrafi yerləşməsini, müəyyən etmək və elektron kadastr xəritələrinin hazırlanmasıdır. Qeyd edilməlidir ki, artıq 20 rayonda, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi işləri başa çatdırılıb. Görülən işlərin nəticələri kadastr uçotu bitmiş rayonlarda real rejimdə praktiki istifadəyə verilib. Bununla bağlı aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, iri torpaq mülkiyyətçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimatlar keçirilib və məlumatlar elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilib. Burada əsas məqsəd ölkə başçısının tapşırıqlarına uyğun olaraq torpaqların faktiki vəziyyətini müəyyənləşdirməkdir.

Ardını oxu...

18 dekabrda keçirilən hərracın nəticəsi: rəqabət dövlət əmlakının qiymətini 3 dəfə artırdı

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda vətəndaşların iştirakı məsafəsiz formada reallaşır. Bu, prosesdə istifadə edilən müasir və innovativ üsullarla mümkün olur. Hərraclarda yaradılan şərait istənilən şəxs üçün həm canlı, həm də onlayn formada iştirak fürsətlərini yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilən bu imkanlarla 18 dekabr tarixində növbəti hərrac keçirildi. Prosesə çıxarılan dövlət əmlaklarından 14-ü vətəndaşların marağına səbəb oldu. Belə ki, budəfəki hərracda 3 qeyri-yaşayış sahəsi, 10 nəqliyyat vasitəsi və yarımçıq tikili özəlləşdirildi.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?