Torpaqların üst münbit qatının daşınmasının qarşısı alındı

Bəzi vətəndaşlar tərəfindən torpaqların üst münbit qatı qanunsuz olaraq müxtəlif ərazilərə daşınır. Bu isə bir sıra mənfi fəsadlara səbəb olur. Belə ki, üst münbit qatının daşınması torpaqların eroziyaya uğramasına, həmin ərazilərin yararsız hala düşməsinə, torpağın üst münbit qatının korlanmasına səbəb olur. Son nəticədə, bu qanuna zidd hərəkət torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Belə halların qarşısının alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi reydlərini davam etdirir.

Ardını oxu...

İmişlinin torpaq idarəçiliyində yeni mərhələ

Bundan sonra İmişli rayonunun torpaq idarəçiliyində yeniliklər baş verəcək. Artıq torpaq istifadəçiliyi və inzibatçılığı sahəsində həyata keçirilən işlər daha effektiv aparılacaq. Buna rayonda praktiki istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu işləri imkan yaradacaq. Torpaqların Elektron Kadastr Uçotu işlərinin İmişli rayonunda yekunlaşması və real şəraitdə istifadəyə verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İctimai təqdimat keçirilib. 

Ardını oxu...

Hərracda 10 dövlət əmlakına 13 sifariş verilib: siyahı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 oktyabr tarixində keçirilən hərracda 10 dövlət əmlakına 13 sifariş verilib. Bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 3-ü paytaxtda, 5-i isə digər şəhər və rayonlarda yerləşir. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki təsərrüfat malları mağazasının ümumi faydalı sahəsi 248,8 kv.m-dir. Qeyd edək ki, sifarişçi tərəfindən bu dövlət əmlakına 45 min manat təklif edildi. Eləcə də paytaxtın Qaradağ rayonundakı 21 saylı mağaza və Çörək kombinatının 3 saylı Qızıldaş sexi də iştirakçılar tərəfindən özəlləşdirildi.

Ardını oxu...

Noyabrın ilk hərracında 79 dövlət əmlakı üzrə seçim şansı

Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirilmə üzrə keçirdiyi hərraclarda hər kəs rahatlıqla əmlak sahibi ola bilər. İstənilən vətəndaşın olduğu məkandan hərraca onlayn qoşulmaq imkanı operativliyi təmin edərək özəlləşdirməni sürətləndirir. Müxtəlif çeşidli dövlət əmlaklarının qiymət, ərazi və faydalılıq baxımından cəlbediciliyi vətəndaşların prosesdə iştirak marağını artırır. Bunun nəticəsində də  hərraclarda rəqabət müşahidə olunur və  özəl sektorda yeni müəssisələrin sayı artır.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial kampaniyadan növbəti həftə Mehdiabad sakinləri yararlanacaq

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyatı ilə bağlı  bütün növ xidmətləri operativ formada göstərməkdə davam edir. Hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi olacaq. Komitə əməkdaşları tərəfindən 8-12 oktyabr tarixlərində saat 09:00-dan 17:00-dək vətəndaşlara qanunvericiliyə uyğun olaraq səyyar xidmətlər göstəriləcək.

Ardını oxu...

Cəbhə bölgəsi olan Füzuli sakinlərinə şad xəbər – daşınmaz əmlakın qeydiyyat xidmətləri sizə daha yaxın oldu

Daşınmaz əmlakla bağlı qeydiyyat xidmətləri cəbhə bölgəsinə daha yaxın oldu. Artıq Füzuli rayon sakinlərinin qeydiyyatla əlaqədar digər bölgələrə getməsinə ehtiyac qalmadı. Belə ki, 5 oktyabr tarixində Horadiz şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin qeydiyyat xidmətlərini göstərən yeni inşa edilmiş ərazi ofisi istifadəyə verildi. Bu imkanın yaradılması cəbhə bölgəsindəki sakinlərin daha rahat şəkildə qeydiyyat xidmətlərindən faydalanmasına və bu sahədə əlçatanlığın təmin olunmasına yönəlib. Qeydiyyatla bağlı bu xidmət məkanı Füzuli rayonunun işğaldan azad olunmuş 1 şəhər, 12 qəsəbə, 20 kəndini əhatə edəcək. Belə ki, burada yaşayan 50 mindən artıq sakinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstəriləcək. Bununla da həmin ərazidə yaşayan sakinlər uzaq məsafə qət etmədən operativ şəkildə əmlaka dair çıxarış və texniki sənədlərini ala biləcəklər, digər xidmətlərdən yararlanacaqlar. 

Ardını oxu...

Şabranda yekunlaşan torpaqların elektron kadastr uçotu işləri ilə nələr əldə olunacaq?

Ölkədə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin nəticələrinin praktiki istifadəsi bütün rayonları sürətlə əhatə etməkdədir. Artıq Şabran rayonunda da torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib.   Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Şabranda İctimai təqdimat keçirilib. Təqdimat aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələrinin, eləcədə bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələrinin marağına səbəb olub.

Ardını oxu...

Oktyabrın ilk hərracında özəlləşdirilən dövlət əmlakları

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində şəffaf və müasir mühitdə növbəti hərrac keçirilib. Prosesə çıxarılan əmlakların cəlbediciliyi və geniş seçim imkanı sifarişçilər arasında rəqabət yaradıb. Ayın ilk hərracında 15 dövlət əmlakı üzrə 22 sifariş verilmişdir. Bu dəfə hərracda çayın ilkin emalı və satışı sahəsi üzrə fəaliyyət göstərən Astara Çay-3  Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirildi. Astara rayonu,  Pensər kəndində yerləşən səhmdar cəmiyyətinin 30%-lik səhm paketinin satış qiyməti 86 min 217 manat müəyyən olundu.

Ardını oxu...

Əmlak idarəçiliyindəki yenilikləri vətəndaş cəmiyyəti institutları müzakirə edib

Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində 2 oktyabr tarixində “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq keçirilib. Vətəndaş cəmiyyəti institutlarının təşkil etdiyi tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirdiyi yeniliklər diqqət mərkəzində olub. İctimai dialoqda 30-dan çox ictimai birliklərin nümayəndələri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, xarici və beynəlxalq təşkilatların üzvləri, o cümlədən GİZ-in, Asiya İnkişaf Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri, ekspertlər iştirak ediblər.

Ardını oxu...

Məsafəsiz hərraclarda əmlak sahibi olmaq imkanı: özəlləşməyə 130 dövlət əmlakı çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclar dövlət əmlaklarının özəlləşdirilməsi prosesini məsafəsiz reallaşdırır. Belə ki, Elektron hərrac sistemi investorlara əlavə vaxt qazandırmaqla operativ xidməti təklif  edir. Özəlləşdirmə portalında mövcud imkanlarla elektron formada seçim və sifariş etmək mümkündür. Bu elektron mənbə hərrac keçirilən vaxt sifarişçilərin və ziyarətçilərin onlayn iştirakına da şərait yaradır. Müasir hərraclarda əlçatan üstünlüklər investorların özəlləşdirmədə iştirakı və biznes planlarını reallaşdırması üçün rahat şəraiti təmin edir.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Novxanı kəndidir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən  “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial aksiya bu həftə Abşeron rayonu,  Novxanı kəndində keçiriləcək. Vətəndaşların rahatlığını təmin edərək bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri səyyar formada təqdim ediləcək. Sakinlər 01-05 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi 1 (Novxanı İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşa bilər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 sentyabr tarixində Lənkəran şəhərində vətəndaş qəbulu keçirib. Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəranla yanaşı Astara, Lerik rayonlarından olan vətəndaşların da fərdi qaydada müraciətlərinə baxılıb.

Ardını oxu...

Növbəti hərracda yüksək rəqabət: 10 dövlət əmlakına 22 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda elektron formada sifarişlərin verilməsi, hərrac keçirilən yerə getmədən virtual iştirak imkanları məkan və zaman anlayışlarını aradan qaldırıb. Sürətli və əlçatan prosedurlar, dövlət əmlaklarının müxtəlifliyi sifarişçi sayını artırır, prosesdə rəqabəti təmin edir. Özəlləşdirmədə elektron sistemin tətbiqi ilə 25 sentyabr tarixində növbəti hərrac reallaşdı. Müasir hərracın üstünlükləri şəffaf və operativ prosesdə rəqabətli mühit yaratdı. Belə ki, ayın son hərracında 10 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilmişdir. İştirakçılardan 7-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş vermişdir.

Ardını oxu...

Komitə 23 oktyabrda növbəti hərrac keçirəcək: 170 dövlət əmlakı üzrə seçim imkanı

Özəlləşdirmə hərraclarının keçirilməsi hər kəsin seçdiyi dövlət əmlakına rahatlıqla sahib olmasına şərait yaradır. Əmlak Məsələləri Dövlət Komitəsinin təmin etdiyi elektron hərraclar isə prosesi daha da sadələşdirir. Komitə tərəfindən 23 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq. Hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Lənkəran şəhərində vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 sentyabr 2018-ci il tarixində Lənkəran şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək. Qəbulda Lənkəran rayonu ilə yanaşı Astara, Lerik rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

Gürcüstanın nümayəndə heyəti özəlləşmə ilə bağlı Azərbaycanda təlim səfərində olub

Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyinin 6 nəfərlik nümayəndə heyəti 21 sentyabr tarixində Azərbaycana təlim səfərinə gəlib. Təlimin məqsədi dövlət əmlakının idarə edilməsi və özəlləşdirməsi, eləcə də əmlak idarəçiliyi sahəsində Azərbaycan təcrübəsinin gürcü mütəxəssislərə təqdim edilməsidir. Qonaqlar üçün Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları Mərkəzində təlim-seminar keçirilib. Tədbir çərçivəsində özəlləşmə sahəsində müxtəlif təqdimat və çıxışlar olub.

Ardını oxu...

Evdən çıxmadan çıxarış-daha bir hündürmərtəbəli bina sakinləri bu fürsətdən yararlandı

Bakıda daha bir hündürmərtəbəli bina “Kütləvi çıxarış” kampaniyasının ünvanı oldu. İctimai xidməti birbaşa vətəndaş ünvanına aparan bu kampaniya 21 sentyabrda Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 4 ünvanında yerləşən binada keçirildi. Əmlak Məsələləri Dövlət Komitəsinin mobil ofisləri vasitəsilə göstərilən xidmətlər sakinlərin yüksək marağına səbəb oldu. Mənzil sahibləri evlərini tərk etmədən çıxarış əldə etdilər. Belə ki, 2 bloklu, 57 mənzilli binanın həyətində reallaşan layihədə 30 vətəndaşa çıxarışlar təqdim olundu. Bununla da daşınmaz əmlaka dair çıxarış almaq üçün məkanı dəyişməyə, zamanı planlaşdırmağa ehtiyac qalmadı.

Ardını oxu...

Torpağın təyinatına zidd istifadə ilə bağlı hər biri 1000 manat olmaqla 2 nəfər cərimələnib

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin təyinatı üzrə istifadəsi, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir. Aparılan reyd nəticəsində 2 şəxs cərimələnib. 

Məlum olub ki, Xaçmaz rayon sakini Tərxan Laçınov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən protokol  yazılıb və 1000 manat cərimə olunub.

Ardını oxu...

Hərrac iştirakçılarının sahib olduqları dövlət əmlakları: siyahı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron sifariş və onlayn iştirak imkanlarından istifadə ilə 18 sentyabr tarixində növbəti hərrac baş tutdu. Bu dəfə iştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki obyektin ümumi faydalı sahəsi 242 kv.m-dir. Torpaq sahəsi ilə birgə ilkin qiymət təyin olunan bu əmlaka iştirakçı tərəfindən 107 min 500 manat təklif olundu. Daha bir ofis və xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 46/9 ünvanında yerləşir. Qeyd edək ki, bu əmlakın ümumi faydalı sahəsi 376 kv.m, satış qiyməti isə 100 min manatdır.

Ardını oxu...

Bu rayonda torpaqların dəqiq balansı və keyfiyyəti bilindi

Əmlak idarəçiliyində unikal layihə olan Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələrindən daha bir rayon faydalanır. Artıq Cəlilabad rayonu üzrə əldə edilən məlumatlar real şəraitdə istifadə ediləcək. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 sentyabr tarixində Cəlilabad rayonunda görülən işlərin nəticələri, sistemin istifadə qaydaları ilə bağlı Regional Forum keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib.

Ardını oxu...

Müxtəlif iqtisadi sahələrə aid dövlət əmlakları hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan hərraclarda özəlləşdirilən dövlət əmlakları fiziki və hüquqi şəxsləri əmlak sahibi etməklə yanaşı, özəl sektorda yeni biznes imkanları yaradır. Elektron hərraclar isə prosesi sürətləndirməklə bərabər, rahatlığı təmin edir. Dövlət əmlaklarına elektron sifarişlərin verilməsi, onlayn qatılmaq kimi üstünlüklər iştirakçı aktivliyini artırır. Hər həftə keçirilən hərraclara müxtəlif sahələrə aid yüksək iqtisadi potensiallı dövlət əmlakları çıxarılır. Biznes fəaliyyətinə başlamaq istəyən şəxslərin hərracda geniş seçim imkanı və iştirakı uğurlu nəticəni onlar üçün əlçatan edir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?