Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi: 6-sı elektron olmaqla 42 sifariş verildi, ilkin hərrac qiyməti 2 dəfəyə yaxın yüksəldi

Özəlləşdirildikdən sonra dövlət əmlaklarının fəaliyyətinin bərpası və yenidən qurulması özəl sektorun inkişafını təmin edən əsas faktorlardandır. Əmlak Məsələləri Dövlət Komitəsi bu sahədə investor marağını artırmaq, özəlləşdirməni sürətləndirmək məqsədilə ilə hərraclarda müasir üsullardan istifadə edir. Elektron prosedurlar ilə hər kəsin açıq və şəffaf hərraclara olduğu məkandan qoşulması, seçdiyi dövlət əmlakı üzrə rahat iştirakı təmin olunur.

Ardını oxu...

Özəlləşdirmədə növbəti iştirak imkanı: 119 dövlət əmlakı hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan hərraclarda hər kəs rahatlıqla əmlak sahibinə çevrilə bilər. Vətəndaşlar bütün növ dövlət əmlakları üzrə keçirilən hərraclara həm məkana gəlməklə canlı, həm də gündəlik fəaliyyətdən uzaqlaşmadan virtual formada qoşula bilər. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 26 fevral tarixində keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 119 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 6-sı yarımçıq tikili, 37-si isə nəqliyyat vasitəsidir.

Ardını oxu...

Ceyranbatan sakinlərinin nəzərinə! Daşınmaz əmlakın qeydiyyatı xidmətləri ünvanınızda

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin birbaşa ünvanlarda göstərilməsi vətəndaşların əlavə vaxt itkisinin qarşısını alır. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə davam etməsi ilə sakinlərin rahatlığı təmin edilir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirildi: yeni hədəflər açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətdən, uğurlu iqtisadi islahatlardan danışan Komitə sədri Kərəm Həsənov bildirib ki, 2018-ci ildə dövlət idarəçiliyində müasir prinsiplərin tətbiqi, innovativ həllərin reallaşdırılması, elektron xidmətlərin inkişafı istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş və bu işlər müsbət dinamika ilə davam etdirilməkdədir.  Ölkə rəhbərinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəaliyyət istiqamətlərində modern yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğun yüksəldilməsi, xidmətlərin da geniş şəkildə elektron müstəviyə keçirilməsi ilə bağlı ötən il ərzində 7 əsas hədəf müəyyən edilmişdir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qobustanda vətəndaş qəbulu keçirib: elektron kadastr uçotu işlərindən artıq vətəndaşların da yararlandığı bildirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq yanvarın 25-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qobustan şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Qobustan rayonu ilə yanaşı Şamaxı, Ağsu, Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Komitənin müvafiq qurumlarının rəhbərlərinin də iştirakı ilə keçən qəbulda vətəndaş müraciətləri əsasən, daşınmaz əmlakların qeydiyyata alınması, torpaqların təyinatına və faktiki vəziyyətinə uyğun istifadəsi, dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı olub. O cümlədən, hərraclarda iştirak, torpaqların elektron kadastr uçotu, dövlət əmlakının icarəyə götürülməsi ilə bağlı müraciətlər də səsləndirilib.

Ardını oxu...

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?-“Əmlakın qeydiyyatı kalkulyatoru” ilə öyrən

Daşınmaz əmlaklarını dövlət qeydiyyata almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var. Bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakın qeydiyyatı kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir. Artıq 20 mindən çox ölkə vətəndaşı, fiziki və hüquqi şəxs tərəfindən informativ elektron xidmətə müraciət olunmuşdur.

Ardını oxu...

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 yanvar tarixində növbəti hərrac keçirildi. Özəlləşməyə çıxarılan dövlət əmlaklarının cəlbediciliyi budəfəki hərracda rəqabətli mühiti  təmin etdi. Vətəndaşlar tərəfindən qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri üzrə ümumilikdə 16 sifariş verilmişdir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qobustan şəhərində vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 yanvar, 2019-cu il tarixində Qobustan şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Olimpiya İdman Mərkəzində  keçiriləcək. Qəbulda Qobustan rayonu ilə yanaşı Şamaxı, Ağsu, Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyasından H.Z.Tağıyev qəsəbəsinin sakinləri yararlanacaq

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini müxtəlif kampaniyalar ilə səyyar şəkildə kənd və qəsəbə sakinlərinə təqdim etməkdədir. Xidmətləri birbaşa vətəndaş ünvanlarına aparan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası bu həftə  Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində keçiriləcək. Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdən yaralanması üçün H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi (21 saylı Mənzil İstismar Sahəsinin qarşısı) ünvanında mobil ofis fəaliyyət göstərəcək. Qəsəbə sakinləri  21-25 yanvar tarixlərində saat 09:00-dan 17:00-dək yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətlərin istifadə etmək üçün müraciət edə bilər.

Ardını oxu...

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda sadə iştirak imkanları ilə hər kəsin vaxt itirmədən prosesə qoşulması təmin edilir. Açıq və şəffaf həraclarda tətbiq olunan elektronlaşdırma vətəndaşların özəlləşdirmədə iştirak dinamikliyini artırır, dövlət əmlaklarının sahibkarlıq obyektlərinə çevrilməsini genişləndirir. Yaradılan imkanlar vətəndaşların seçim, sifariş və iştirak prosedurlarını olduğu yeri tərk etmədən onlayn formada həyata keçirməsinə şərait yaradır.

Ardını oxu...

Torpaq uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçalada istifadəyə verildi: hansı dəyişikliklər olacaq?

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 7 mart tarixli müvafiq Fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri yeni yanaşmalar və müasir çağırışlar əsasında davam etdirilir. Artıq Neftçala rayonu üzrə bu istiqamətdə əldə edilən yeni məlumatlar real şəraitdə istifadə ediləcək. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Neftçala rayonunda görülən işlərin nəticələri, sistemin istifadə qaydaları ilə bağlı Regional Forum keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib.

Ardını oxu...

Növbəti hərrac baş tutdu: hansı dövlət əmlakları özəlləşdirildi? (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 yanvar tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Müxtəlif kateqoriyalar üzrə çoxseçimli dövlət əmlaklarının özəlləşməyə çıxarılması və hərraca qoşulmaq üçün sadə prosedurlar vətəndaş fəallığını təmin etdi. Belə ki, elektron hərrac sistemi ilə 8 vətəndaş vaxt itirmədən, gündəlik fəaliyyətdən uzaqlaşmadan onlayn sifariş verməklə hərracda iştirak statusu qazanıb. 15 dövlət əmlakı üzrə ümümilikdə 31 sifarişin olması səbəbindən hərrac rəqabətli şəraitdə keçdi. Özəlləşdirilən dövlət əmlaklarından 8-i kiçik dövlət müəssisə və obyekti, 6-sı nəqliyyat vasitəsi, 1-i isə qeyri-yaşayış sahəsidir.

Ardını oxu...

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi investorların prosesə qoşulmasını sadələşdirir. Təşkil edilən hərracların artıq yeni ünvanda - Əmlak Xidmətləri Məkanında (Bakı şəh., Nizami ray., X.R.Ulutürk küç., 20) keçirilməsi iştirakçı məmnuniyyətinə və rahatlığına yönəlib. Açıq və şəffaf prosesdə həm canlı, həm də onlayn formada iştirak prosesi üçün 100 nəfərlik zal müasir avadanlıqlarla təmin edilib. Belə ki, hərrac zalında quraşdırılan monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklar barədə məlumatlarla tanış olmaq, eləcə də virtual hərrac prosesini izləmək mümkündür.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ildə ilk ünvanı Corat qəsəbəsidir

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar aksiyaları yeni ildə də davam etdirir. Belə ki, xidmətləri vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının bu il üçün ilk ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsidir. Bütün növ daşınmaz əmlaklar üzrə qeydiyyat xidmətlərindən faydalanmaq istəyən hər bir sakin 14-18 yanvar tarixlərində saat  09:00-dan 17:00-a qədər Corat qəsəbəsi, Sülh küçəsi, 347 (İcra nümayəndəliyinin qarşısında) ünvanındakı səyyar xidmət avtobusuna yaxınlaşa bilər.

Ardını oxu...

Yeni ilin ilk “Kütləvi çıxarış” kampaniyası yeni yaşayış kompleksində

Əmlak Məsələləri Dövlət Komitəsi rahatlıq və məmnuniyyəti təmin edərək daşınmaz əmlakların ünvanlarda qeydiyyata alınmasını davam etdirir. Səyyar aksiyalar ilə göstərilən xidmətlər bölgələrdəki daşınmaz əmlaklar ilə yanaşı, şəhər və rayonlar üzrə çoxmərtəbəli binaları da əhatə etməkdədir. Növbəti “Kütləvi çıxarış” kampaniyası 11 yanvar tarixində Abşeron rayonunda keçirildi.

Ardını oxu...

2018-ci il ərzində 193 Çağrı Mərkəzi tərəfindən 13 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan 193 Çağrı Mərkəzinin fəaliyyəti əmlak idarəçiliyi ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin operativ cavablandırılmasına, hüquqi yardımın  göstərilməsinə, xidmət keyfiyyətinin artırılmasına yönəlib. Ötən il ərzində Çağrı Mərkəzində ümumilikdə 13 minə yaxın müraciət cavablandırılıb. Daxil olan müraciətlərdən 11 minə  yaxını sorğulardan ibarətdir. Sorğu tipli müraciətlərin mövzuları əsasən, dövlət əmlaklarının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciət üzrə ətraflı məlumatlandırılması üçün sorğular dərhal cavablandırılıb, mütəxəssislər tərəfindən qanunvericiliyin tələbləri izah olunub və hüquqi məsləhətlər verilib.

Ardını oxu...

2019-cu ilin ilk rəqabətli hərracı: 15 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən hərraclar dövlət əmlaklarının özəlləşdirilməsini reallaşdırmaqla yeni biznes obyektlərinin yaranmasına dəstək olur. Müxtəlif sahələrə uyğun olan müəssisələrin hərraclara çıxarılması investorların seçim imkanlarını artırır. Müasir yanaşmaların cəlb olunması ilə hər kəs üçün özəlləşdirilmə fürsətlərindən rahat istifadə şəraiti yaradılıb. Vətəndaşların sərbəst iştirakçılığı ilə növbəti hərrac 8 yanvar tarixində keçirildi. İlin ilk hərracında iştirak üçün investorlar tərəfindən 5 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili üzrə ümumilikdə 21 sifariş verilmişdir.

Ardını oxu...

Əmlak Xidmətləri Məkanı fəaliyyətə başladı!

Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərilən xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi,  xidmətlərin tam elektronlaşdırılması təmin edilmişdir.

Ardını oxu...

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verdi. Binanın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parkinq yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görülüb.

Ardını oxu...

“Özəlləşdirilmə portalı”na baxış sayı 2 milyonu ötüb

Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün Özəlləşdirilmə portalı əlverişli platformadır. Bununla Azərbaycanda özəlləşəcək bütün dövlət əmlakları vahid məkanda cəmləşib və həmin obyektləri bir virtual məkandan əldə etmək mümkündür. Sayt özəlləşdirmə prosesində çevikliyin, şəffaflığın, optimallığın təmin edilməsində, iri müəssisələrin özəlləşdirilməsində, büdcə daxilolmalarının artırılmasında bir növ dəstək mexanizmidir. Portalın fəaliyyəti əmlak sahibi olmaq üçün lazım olan prosedurları olduqca sadələşdirib. Yeni yanaşmaların tətbiq edildiyi portala daxil olmaqla bütün prosesləri elektron üsullarla həyata keçirmək mümkündür. Belə ki, investor sayt vasitəsilə elektron qaydada seçdiyi əmlaka sifariş verə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Başqa sözlə sayt vasitəsilə investor heç bir yerə getmədən internet vasitəsilə onlayn rejimdə hərracda iştirak edə bilir. Portal sayəsində keçirilən hərracları canlı izləmək də mümkündür. Bu imkanlar nəticəsində sayta baxış sayı 2 milyonu ötüb.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti barədə məlumatlısınızmı?