Əmlak Məsələləri Dövlət Komitəsinin mobil ofisləri vasitəsi ilə vətəndaşlara qeydiyyat xidmətlərinin göstərilməsi davam etdirilir

Məlumat verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsi aprel ayının əvvəlindən başlayaraq xüsusi təbəqədən olan insanlara mobil ofislər vasitəsilə ünvanlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərir. Əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar ərazi qeydiyyat idarələrindən kənarda təşkil edilmiş mobil ofislərdə (xüsusi nəqliyyat vasitələrində) göstərilən qeydiyyat xidmətlərindən faydalanırlar.
Daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə 250-yə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Bu xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsindən ibarət olub. Eyni zamanda, mobil ofislərdə xidmətlər zamanı təqdim olunan sənədlərin qanunauyğunluğu yerindəcə yoxlanılıb, qəbul edilib, növbəti prosedurlar ətraflı izah edilib və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlər verilib. 
Ardını oxu...

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Azərsənayetikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olmuşdur.

Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmişdir. Azərbaycan Respublikasının müvafiq nazirlik və təşkilatlarının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusunu əldə etmişdir. 

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sayını artırır

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara şəffaf, çevik və səmərəli xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlarınaəsasən elektron xidmətlərin təşkili və istifadəyə verilməsi üzrə tədbirləri davam etdirir.

Komitənin elektron xidmətlər portalında istifadədə olan elektron xidmətlərin sayının bu il 15-ə yaxın artırılması nəzərdə tutulur. Aprel ayında artıq 7 yeni elektron xidmət təsdiq olunub. Belə ki, bu barədə Nazirlər Kabinetinin 16 aprel 2014-cü il tarixli 105 nömrəli qərarı ilə “Elektron xidmət növlərinin siyahısı”na dəyişiklik edilib və bu siyahıya həmin 7 yeni elektron xidmət əlavə olunub. Yeni elektron xidmətlər dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır. Bu xidmətlərin tətbiqindən sonra dövlət əmlakının icarə əsasında istifadəçisi icarə haqqı borcunu yeni elektron xidmət vasitəsilə öyrənə biləcək. Həmçinin, vətəndaşlar və əmlak sahibləri daşınmaz əmlakla bağlı servitut, uzufruktun qeydiyyatı və ləğvi, məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi əməliyyatlarını elektron qaydada həyata keçirə biləcəklər. Eyni zamanda, digər yeni elektron xidmətin tətbiqi nəticəsində daşınmaz əmlak barədə hər hansı məlumatı daşınmaz əmlakın dövlət reyestrindən əldə etmək elektron şəkildə mümkün olacaq (daşınmaz əmlaka dair hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla).

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin I rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin ilin I rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Müşavirəni açıq elan edən komitə sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqlara əsasən Əmlak Məsələləri Dövlət Komitəsi hesabat dövründə fəaliyyətini uğurla davam etdirib. Komitə üçün prioritet məsələlərdən olan şəfafflıq və ictimai agahlıq, effektiv və səmərəli əmlak idarəçiliyi, sosial məmnunluq və yüksək xidmət keyfiyyətinin təmin olunması istiqamətində bir sıra işlər görülüb.

Komitə sədri çıxışında faəliyyət istiqamətləri üzrə elektron xidmətlərin sayının artırılması, bu ilin mart ayından başlayaraq daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlərin tətbiqini xüsusilə vurğulayıb. Eyni zamanda, qeydiyyat xidmətlərinin ünvanlarda göstərilməsi ilə bağlı mobil ofislərin yaradılması və mart ayından Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi komitənin rüb ərzində mühüm uğurları sırasında qeyd olunub. Bu tədbirlər vətəndaş-məmur ünsiyyətinin azaldılması, vətəndaşların mülkiyyət məsələlərinin internet vasitəsilə həlli nəticəsində vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlib. Eyni zamanda bildirilib ki, qeyd olunan uğurlar mükəmməl elektron əmlak idarəçiliyinin bərqərar olması, “Elektron hökumət”in sürətlə formalaşmasına böyük zəmin yaradır, həmçinin dövlətimizin həyata keçirdiyi şəffaflıq və ictimai etimadın təmin olunması siyasətinə mühüm töhfələrdir.

Ardını oxu...

Şirvanda vətəndaşlar və aidiyyəti təşkilatlar üçün qeydiyyat və kadastr sahəsində hüquqi maarifləndirmə seminarı keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ildən başlayaraq Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir. Belə tədbirlərin davamı olaraq 18 aprel 2014-cü il tarixində Şirvanda vətəndaşlar, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı seminar keçirilib.
Seminarda Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və regional idarələrinin, Şirvan, Sabirabad, Salyan, Saatlı, Neftçala və Hacıqabul rayonları üzrə dövlət qurumları və bələdiyyələrin, icra hakimiyyəti və notariat orqanlarının, ictimai təşkilatların, bank nümayəndələrinin, rieltorlar və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak edib. 
Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində etik davranış qaydaları ilə bağlı növbəti seminar keçirilib

 

Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçularının xidməti davranışlarının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarətin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.  Komitə tərəfindən bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə davamlı tədbirlər görülür.

Belə tədbirlərin davamı olaraq, 12 aprel 2014-cü il tarixində komitənin aparatında dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda növbəti seminar keçirilib. Qeyd edək ki, belə seminarlar Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin “Komitə işçilərinin təlim ehtiyaclarının ödənilməsi barədə” 13 fevral 2014-cü il tarixli  əmrinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir və qarşıdakı dövrdə də davam etdiriləcəkdir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi davam etdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alinması, daşınmaz əmlakın dövlət reyestrinin aparılaması və vahid kadastrının tərtib edilməsi, habelə ünvan reyestrinin aparılması sahələrində işlərin daha da təkmilləşdirilməsi və müasir əsaslarla inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. Belə ki, komitənin vəzifə və funksiyalarına aid ayrı-ayrı sahələrdə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, habelə komitə əməkdaşlarının bu sahədə biliklərinin daha da artırılması məqsədi ilə beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində davamlı olaraq işlər aparılır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Tovuzda növbəti vətəndaş qəbulu keçirilib

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaş qəbulları keçirir. 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən indiyədək bölgələrdə 13 vətəndaş qəbulu keçirilmiş, qəbullarda 300-ə yaxın vətəndaş müraciət etmişdir.

Növbəti belə qəbul aprel ayının 11-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Tovuz şəhərində keçirilib. Vətəndaş qəbulunda Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak edib, onların müraciətlərinə baxılıb, təklif və xahişləri dinlənilib.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər vətəndaşların ünvanına çatdırılacaq

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vətəndaşlara şəffaf şəkildə və müasir üsullarla, rahat və çevik xidmətlərin göstərilməsi, göstərilən xidmətlərdə keyfiyyətin və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ciddi tapşırıqlar verilmişdir. Bu baxımdan Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunması, vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi işini diqqət mərkəzində saxlayır.

Ardını oxu...

Vətəndaşların nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsində mövcud informasiya sistemlərinin potensialının və keyfiyyətinin qaldırılması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi səbəbindən 2014-cü il aprel ayının 7-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri  və“Asan Xidmət” Mərkəzlərində daşınmaz əmlakın qeydiyyatlı ilə bağlı sənədlərin qəbulu həyata keçirilməyəcəkdir.

Müvəqqəti narahatlığa görə üzr istəyirik.

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Vaşinqton şəhərində keçirilən Dünya Bankının illik konfransında iştirak ediblər

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi və bu istiqamətdə xarici ölkələrlə həyata keçirilən əməkdaşlıq mühüm yer tutur. Dövlət əmlakının səmərəli idarə olunması, özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, müasir kadastr sisteminin yaradılması və digər bu kimi məsələlərdə komitə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsini davam etdirir. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi BMT-nin əlaqəli komissiyaları, Dünya Bankı və inkişaf etmiş Avropa və Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrini müntəzəm olaraq inkişaf etdirir və bu sahədə fəaliyyətini genişləndirir. 

Bu il 24-27 mart tarixlərində Vaşinqtonda Dünya Bankının Daşınmaz Əmlak və Yoxsulluq üzrə illik konfransı keçirilib. Məlumat verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən uğurla davam etdirilən layihə olan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” məhz Dünya Bankının dəstəyi ilə həyata keçirilir. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Dünya Bankının illik konfransında iştirak ediblər.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara və əmlak sahiblərinə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, bu sahədə innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə komitə mütəmadi tədbirləri həyata keçirməkdə davam edir.

Belə tədbirlərin davamı olaraq, komitə tərəfindən vətəndaşlara, əmlak sahiblərinə, xüsusi təbəqədən olan insanlara (həmçinin əlillər, ahıllar, tənha yaşayanlar, sağlamlıq imkanları məhdud və yaşayış yeri uzaqda yerləşən insanlara)  daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərdə rahatlıq və çevikliyin təmin olunması məqsədilə növbəti yeniliyə imza atılıb. Bu yenilik yaxın günlərdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin alınmış yeni xüsusi nəqliyyat vasitələri ilə Bakı və respublikanın regionlarında yaşayan vətəndaşlar və əmlak sahiblərinə müasir üsullarla səyyar şəkildə göstərilməsindən ibarətdir. Belə ki, vətəndaşlar komitənin təşkil etdiyi xidmətlərdən ərazi qeydiyyat idarələrinə getmədən də faydalana biləcəklər. Yerindəcə göstəriləcək xidmətlərin məqsədi qeydiyyat xidmətlərini vətəndaşların ünvanına daha rahat, müasir və innovativ üsullarla çatdırmaq, bu xidmətlərin vətəndaşlar üçün əlçatanlığını təmin etmək və nəticədə vətəndaş məmnunluğunu daha da artırmaqdır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Mingəçevirdə növbəti vətəndaş qəbulu keçirilib


Azərbaycan Respublikasının Prezidentinin verdiyi tapşırıqlara əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın müxtəlif regionlarında vətəndaş qəbulları keçirilir. Belə qəbullarda vətəndaşların müraciətlərinə baxılır, onların qarşılaşdığı müxtəlif məsələlərin həlli istiqamətində zəruri tədbirlər görülür.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun regionlarda vətəndaşlarla keçirdiyi görüşləri davam edir. 
Komitə sədrinin növbəti  belə vətəndaş qəbulu  11 mart 2014-cü il tarixində  Mingəçevir şəhərində  baş tutub. Vətəndaş qəbulunda  Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarından olan vətəndaşlar  iştirak edib.
Komitə sədri görüşdə vətəndaşların müraciətlərində səsləndirdikləri məsələlərlə yaxından tanış olub, təklif və xahişlərini dinləyib. 
Səsləndirilən müraciətlər daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı,  dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, komitədə işə qəbul, sosial  vəziyyət və digər  məsələlərlə bağlı olub. 
Vətəndaşlar tərəfindən komitənin səlahiyyətləri ilə birbaşa bağlılığı olmayan məsələlər də səsləndirilib. Həmin məsələlərlə bağlı vətəndaşlara məsləhətlər verilib və qanunvericiliyin tələbləri izah olunub. 
Komitə sədri Kərəm Həsənov Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bir sıra məsələlərin operativ həlli üçün komitə sədri tərəfindən dərhal göstərişlər verilib, qaldırılan müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapıb.
Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin qaynar xətlərinə 2013-cü il ərzində daxil olan müraciətlər barədə məlumat

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə vətəndaşların sorğularının operativ cavablandırılması məqsədi ilə komitənin aparatında 193 nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 148 nömrəli və Hərracların Təşkili üzrə Auksion Mərkəzində 566-07-44 nömrəli qaynar xətlər fəaliyyət göstərir.

Ümumilikdə 2013-cü il ərzində komitəyə 193, 148 və 566-07-44 nömrəli qaynar xətlər üzrə 1820 müraciət daxil olmuşdur. 193 nömrəli qaynar xəttə daxil olan 431 müraciətin 391-i sorğu, 40-ı isə şikayət xarakterli olmuşdur. Sorğu xarakterli müraciətlərin 142-si dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, 249-u isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsinə aid olmuşdur. qaynar xəttə daxil olan müraciətlərdən 39-u isə şikayət xarakterli olmuşdur. Şikayət xarakterli müraciətlərin 33-ü daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsinə, 6-sı isə dövlət əmlakının özəlləşdirilməsinə aid olmuşdur. Qaynar xəttə daxil olan sorğu və şikayət xarakterli müraciətlər araşdırılmaq üçün müvafiq qurumlara göndərilmişdir. Müraciətlər aidiyyəti üzrə araşdırılmış və vətəndaşlara operativ qaydada məlumatlar verilmiş, mövcud qanunvericilik izah edilmişdir.

Ardını oxu...

Dövlət orqanlarının, təşkilatların, bələdiyyələrin, hüquqi şəxslərin nəzərinə!

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət orqanlarının, təşkilatların, bələdiyyələrin, hüquqi şəxslərin nəzərinə çatdırır ki, 2014-cü il mart ayının 1-dən etibarən, “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 01 noyabr tarixli, 18 nömrəli Fərmanının icrası məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə tətbiqinə başlanılır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ucarda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Növbəti belə qəbul fevral ayının 25-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmişdir. Ucar şəhərində keçirilən vətəndaş qəbulunda Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarından olan vətəndaşlar iştirak etmiş, onların müraciətlərinə baxılmış, təklif və xahişləri dinlənilmişdir.

Səsləndirilən müraciətlər daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, sosial və s. məsələlərlə bağlı olmuşdur.  

Qəbula gələn hər bir vətəndaş müraciətinəkomitə sədri tərəfindən diqqətlə yanaşılmışdır. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Bir sıra məsələlərin operativ həlli üçün komitə sədri tərəfindən uyğun göstərişlər verilmiş, qaldırılan müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapmışdır.  Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilmiş və araşdırılmalı müraciətlər qeydiyyata alınmışdır. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Ardını oxu...

Vətəndaşların, daşınmaz əmlak sahiblərinin, hüquqi şəxslərin nəzərinə!

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların, daşınmaz əmlak sahiblərinın və hüquqi şəxslərin nəzərinə çatdırır ki,  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli, 101 nömrəli  Fərmanına əsasən, 2014-cü il mart ayının 3-dən etibarən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər.
Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsi fevral ayının 22-dən etibarən Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli müvafiq Fərmanına uyğun olaraq ərazi qeydiyyat idarələri və şöbələri ilə yanaşı, “ASAN xidmət” mərkəzlərində komitənin təşkil etdiyi xidmət bölmələri vasitəsi ilə həyata keçirir.
Ardını oxu...

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşınmaz əmlaklar haqqında Milli Məkan Məlumat Bazası”nın İctimai Təqdimatı keçirilmişdir

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19   fevral 2014-cü il tarixində “Daşınmaz əmlaklar haqqında Milli  Məkan Məlumat Bazası” nın İctimai Təqdimatı keçirilmişdir.

İctimai Təqdimatda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Nəqliyyat Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, digər dövlət qurumlarının nümayəndələri, həmçinin komitənin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar və ictimai birliklərin nümayəndələri iştirak etmişlər.
Tədbirin keçirilməsində başlıca məqsəd müasir dövrdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edən səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazasının yaradılması istiqamətində görülən işlərin təqdimatıdır.
Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti barədə məlumatlısınızmı?