Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənov Tərtərdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 aprel 2017-ci il tarixində Tərtər rayonunda növbəti regional vətəndaş qəbulu keçirib. Qəbulda Tərtər ilə yanaşı Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib. Qəbulda həmçinin torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri barədə də müraciətlər səsləndirilib. Bəzi müraciətlər isə vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı olub.

Ardını oxu...

«Oğuz Şərab» Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə keçirilmiş investisiya müsabiqəsinə yekun vurulub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif regionlarında yerləşən qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirilmədən sonra istehsal prosesslərinin genişləndirilməsi istiqamətində işlərini davam etdirir. Belə müəssisələrdə yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq müvafiq regionda yerləşən emal sənayesi müəssisələrinin özəlləşdirilməsi və investisiyaların cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Bu tədbirlərin davamı olaraq Komitə "Oğuz Şərab" Açıq Səhmdar Cəmiyyətininin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi açıq və şəffaf hərraclar investorlar üçün geniş imkanlar yaradır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə keçirilən açıq, şəffaf hərraclar davam edir. Dövlət başçısı tərəfindən təsdiq edilmiş «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» Fərmanı da bu istiqamətdə görülən işlərin sferasının genişlənməsinə, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatladırmanın təmin edilməsinə, həmçinin müvafiq prosedurların elektron  üsulla gerçəkləşməsinə  istiqamətlənib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov Tərtərdə vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 28 aprel 2017-ci il tarixdə Tərtər rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Tərtər Rayon Gənclər Mərkəzində keçiriləcək. Qəbulda Tərtər ilə yanaşı Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...