Ağdaş rayonunda torpaq uçotu bitdi: nəticələr praktiki istifadəyə verildi

Artıq Ağdaş rayonunda da torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələrinin, eləcə də bələdiyyələrin, mülkiyyətçilərin iştirakı ilə martın 6-da İctimai təqdimat keçirib. Tədbirdə Ağdaş rayonunu əhatə edən elektron kadastr uçotu işlərinin ayrı-ayrı sahələrə verəcəyi real faydalar, əldə edilən nəticələrin istifadə qaydaları izah edilib, alınan göstəricilər nümayiş olunub.

Ardını oxu...

Rəqabətli mühitdə hərrac: 18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 mart tarixində növbəti hərrac keçirilib. Müxtəlif kateqoriyalı cəlbedici dövlət əmlakları budəfəki hərracda da vətəndaşların marağına səbəb olub. Prosesdə iştirak etmək istəyən şəxslər tərəfindən 18 dövlət əmlakına ümumilikdə 43 sifariş verilib. Dövlət əmlakı və sifariş sayı arasındakı fərqlə hərrac rəqabətli mühitdə keçib. Komitənin elektron resurslarından dövlət əmlakları üzrə seçim edən vətəndaşlardan 5-i onlayn formada sifariş verərək hərracda iştirak statusu qazanıb. Qeyd edək ki, hərracda özəlləşdirilən dövlət əmlaklarından 3-ü kiçik dövlət müəssisəsi, 4-ü qeyri-yaşayış sahəsi, 10-u nəqliyyat vasitəsi, digəri isə yarımçıq tikilidir.

Ardını oxu...

Səyyar qeydiyyat aksiyasının bu həftəki ünvanı Kürdəxanı qəsəbəsidir

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi “Əmlakını qeydiyyata al və mülkiyyətə sahib ol” kampaniyası ilə daşınmaz əmlakın qeydiyyatı xidmətləri birbaşa ünvanlarda göstərilir. Səyyar aksiya xidmətlərdə məmnunluğu artırır, vətəndaşların rahatlığını təmin edir. Ölkə üzrə müxtəlif kənd və qəsəbələrdə yaşayan sakinlərə qeydiyyat xidmətlərinin göstərilməsi ilə yanaşı, hüquqi  yardım da təklif olunur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İmişli şəhərində keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İmişli şəhərində keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 29 mart 2019-cu il tarixinə keçirilmişdir. Vətəndaş qəbulu saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İmişli rayonu ilə yanaşı Beyləqan, Ağcabədi və Füzuli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti barədə məlumatlısınızmı?