Səyyar qeydiyyat xidmətləri bu həftə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində göstərilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə kənd və qəsəbələrdə sosial kampaniyaların keçirilməsi ilə daşınmaz əmlakın qeydiyyatı xidmətləri vətəndaşlara daha rahat formada göstərilir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 8-10 may tarixlərində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində keçiriləcək. Çevik müraciət və əlçatan xidmətlərdən yararlanmaq istəyən sakinlər saat 09:00-dan 17:00-dək səyyar xidmət avtobusuna yaxınlaşa bilər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində könüllülər və gənc kadrlar üçün “Heydər Əliyev və Azərbaycanda uğurlu mülkiyyət islahatları: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri” adlı tədbir keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində 8 may tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı illiyi ilə əlaqədar könüllülər və gənc kadrlar üçün “Heydər Əliyev və Azərbaycanda uğurlu mülkiyyət islahatları: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri” adlı tədbir keçirilib.

Məqsəd müasir təfəkkürlü gənclərə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mülkiyyət islahatlarından bəhs etmək, həmçinin inkişaf yolunda irəliləyən bu sahənin hazırki vəziyyəti, tətbiq edilən innovativ addımlar haqqında informasiya vermək, əmlak idarəçiliyi sahəsində yeni nəslin fikirlərini müəyyənləşdirmək də əsas vəzifələrdəndir.  

Ardını oxu...

Hərracda 16 sifarişçi iştirak etdi, 12 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 may tarixində növbəti hərrac keçirilib. Vətəndaş fəallığı ilə keçən hərracda dövlət əmlakları rəqabətli mühit yaradıb. Belə ki, 12 dövlət əmlakı üzrə ümumilikdə 16 sifariş verilib. Onlar arasında kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri var. Özəlləşdirilən dövlət əmlakları paytaxtla yanaşı, Qazax, Gəncə və Sumqayıt kimi şəhər və rayonlarda yerləşir.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daha bir istismara icazə verilən binada səyyar xidmət göstərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası ilə bağlı işlər daha da genişlənib. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyətini insan amilinin gücləndirilməsi istiqamətində həyata keçirir. Komitə buna uyğun olaraq “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daha bir istismara icazə verilən binada- vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərib. Belə ki, mayın 7-də Bakının Nərimanov rayonunda yerləşən istismara icazə verilmiş yeni çoxmərtəbəli bina sakinlərindən ilkin sənədlər toplandı.

Ardını oxu...

 
 
 

Sorğu

İpotekanın dövlət qeydiyyatına alınması və ləğv edilməsi xidməti barədə məlumatlısınızmı?