Yeni binada mənzil alanlar- çıxarışın mövcudluğunu onlayn öyrənin

Yeni inşa edilmiş yaşayış binasında mənzil sahibi olmaq istəyən hər kəs daşınmaz əmlaka dair çıxarışın verilib verilməyəcəyi ilə bağlı dəqiq məlumatı əvvəlcədən öyrənə bilər. Bu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların istifadəsinə verilmiş “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı elektron xidmət ilə mümkündür.

Ardını oxu...

Səmərəli qeydiyyat xidmətləri səyyar ofisdə-“Kütləvi çıxarış” kampaniyası Cəlilabadın 1 şəhərini və 4 kəndini əhatə etdi

Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyaları ilə qeydiyyat xidmətlərini və hazır çıxarışların təqdim olunmasını vətəndaşlara daha yaxın edir. Yaradılan rahat şərait ilə kənd və qəsəbələrdə yaşayan əhaliyə məşğuliyyətdən ayrılmadan və ərazi idarəsinə getmədən ünvanlarındaca xidmət göstərilir. Kampaniya işləyən insanları da nəzərə alaraq çıxarışları onların fəaliyyət göstərdiyi müəssisələrdə, zavodlarda təqdim edir. 

Ardını oxu...

Martın ilk hərracı-82 dövlət əmlakı özəlləşmədə

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar özəl sektorun inkişafını stimullaşdırır. Özəlləşdirilən dövlət əmlaklarının müasir formada yenidən qurulması ilə daxili istehsal artır, regionlar üzrə sahibkarlıq fəaliyyəti genişlənir. Belə müəssisələrin uğurlu fəaliyyəti digər investorları özəlləşdirmə prosesində iştiraka həvəsləndirir. Rahat seçim, sifariş və iştirak prosedurlarının olduğu növbəti hərraclardan biri 5 mart tarixində keçiriləcək. Martın ilk özəlləşdirilmə hərracına ümumilikdə 82 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 36-sı kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 7-si qeyri-yaşayış sahəsi, 4-ü yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.

Ardını oxu...

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirşağı qəsəbəsində

Daşınmaz əmlakını dövlət qeydiyyatına almaq istəyən, lakin müvafiq qurumlara müraciət etmək imkanı olmayan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar kampaniyalarda iştirak edə bilər. Bu həftə  “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasından paytaxtın Pirşağı qəsəbəsinin sakinləri yararlana biləcək. Daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlər 04-08 fevral tarixlərində saat 09:00-dan 17:00-a qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsindəki (keçmiş Əjdər Məlikov küçəsi) (Anar marketin yaxınlığında) mobil ofisdə göstəriləcək.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti barədə məlumatlısınızmı?