Daşınmaz əmlak üzərində icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması və ləğvi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərdən biri də daşınmaz əmlak üzərində icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması və ləğvidir. Hüquqi və fiziki şəxslərin daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ varsa, həmin hüquq dövlət qeydiyyatına alınmalıdır. İcarə və ya istifadə müqaviləsi üzrə tərəflərdən biri bu hüquqların dövlət qeydiyyatına alınması barədə ərizə verə bilər. Dövlət orqanları, yerli özünüidarəetmə orqanları, o cümlədən hüquqi və fiziki şəxslər xidmətlərdən istifadə etmək üçün  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə və Əmlak Xidmətləri Məkanına yaxınlaşa bilər.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasından yenilik: həftə ərzində 2 rayonun 5 kənd sakinlərinə qeydiyyat xidmətləri göstəriləcək

Ölkə vətəndaşlarının mülkiyyət hüquqlarını rahat formada həyata keçirməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının keçirilmə formatını dəyişməklə xidmətləri daha əlçatan edir. Sosial aksiya əhalinin bilavasitə ərazi ofislərinə getmək kimi çətinliyini aradan qaldırır. Xidmətlərin birbaşa kənd və qəsəbələrə gətirilməsi ilə sakinlər əlavə məsafə qət etmədən qeydiyyat üçün müraciət edir. Bölgələrdə yaşayan vətəndaşların daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətlərindən istifadəsini daha da optimallaşdırmaq məqsədilə artıq sosial kampaniya həftə ərzində fərqli ərazilərdə keçiriləcək.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi daha bir beynəlxalq təşkilatın üzvü oldu

Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Mərzçəkənlər Federasiyasına (FIG) üzv oldu. Belə ki, Federasiyanın Vyetnamın Hanoy şəhərində keçirilən Baş Assambleyasında Azərbaycanda torpaq sahələrində mərzçəkmə işinin təşkili və aparılmasını təmin edən qurum kimi komitə Federasiyaya üzv seçildi. Bununla komitə mərzçəkmə sahəsində həyata keçirilən beynəlxalq təcrübələrdə yaxından iştirak edəcək, peşəkar kadr potensialı daha da təkmilləşəcək.

Federasiyanın fəaliyyəti daşınmaz əmlak idarəçiliyinin bütün sahələrini əhatə edən 10 peşəkar komissiya tərəfindən həyata keçirilir. Onların 8-də komitənin müvafiq nümayəndələrinin təmsil olunması nəzərdə tutulur. Həmin komissiyalar “Peşəkar standartlar və praktika”, “Peşəkar təhsil”, “Məkan məlumatlarının idarəedilməsi”, “Koordinat yerləşmələri və ölçmələr”, “Mühəndis tədqiqatları”, “Kadastr və torpaq idarəçiliyi”, “Məkan planlaşdırılması və inkişaf”, “Qiymətləndirmə və daşınmaz əmlakın idarəedilməsi” sahələrini əhatə edir.

Ardını oxu...

 
 
 

Sorğu

İpotekanın dövlət qeydiyyatına alınması və ləğv edilməsi xidməti barədə məlumatlısınızmı?