Azərbaycanla Türkiyə arasında əmlak idarəçiliyi sahəsində əməkdaşlıq daha da genişlənir

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov Türkiyədə işgüzar görüşlər keçirib. İlk görüş qardaş ölkənin Ətraf Mühit və Şəhərsalma naziri cənab Murat Kurumla, Tapu ve Kadastro Genel Müdiri Ahmet Zeki Adlı ilə baş tutub.

Səfərin məqsədi iki ölkə arasında əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişləndirmək, birgə təcrübə mübadiləsi aparmaq, yeni layihələr reallaşdırmaqdır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilən binalarda mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilən binalarda yerləşən mənzillərin çıxarışla təmin olunması işlərini intensiv şəkildə davam etdirir. Növbəti ünvan Bakının Yasamal və Səbail rayonlarında yerləşən istismarına icazə verilən binalar olub. Qeyd edilməlidir ki, 9 iyuldan başlanan kampaniya Bakının Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Xətai rayonlarında yerləşən istismarına icazə verilən binalarda vətəndaşların ünvanlarında xidmət göstərib.

Ardını oxu...

Özəlləşdirmədə növbəti iştirak imkanı: 87 dövlət əmlakı 20 avqust hərracında

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən hərrac xidmətləri hər kəsin dövlət əmlaklarının özəlləşdirilməsində rahat iştirakını təmin edir. Cəlbedici əmlakların hərraca çıxarılması ilə investorlar faydalı sahə, qiymət, ərazi, torpaq sahəsi baxımından müxtəlif olan dövlət obyektləri üzrə seçim edə bilər. Komitə tərəfindən özəlləşdirmədə növbəti iştirak imkanı 20 avqust tarixindəki hərracda yaradılacaq. Bu dəfə prosesə ümumilikdə 87 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyəti, 12-si qeyri-yaşayış sahəsi, 5-i yarımçıq tikili, 18-i isə nəqliyyat vasitəsidir.

Ardını oxu...

Xəzər dənizinin sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarət gücləndirilir: monitorinq qrupları yaradılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarət daha da gücləndirilir. Bununla əlaqədar olaraq Xəzər dənizinin Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarında monitorinq qrupları yaradılıb.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?