AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Əmlak Xidmətləri Məkanı” üçün avadanlıq və sistemlərin, həmçinin görüləcək işlərin satın alınması üzrə açıq tender elan edir

Tenderdə kompüter şəbəkələrinin qurulması, nəzarət-idarəetmə sistemlərinin və kompüter-ofis texnikasının gətirilməsi və quraşdırılması sahəsində təcrübəsi və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli hüquqi şəxslər iştirak edə bilərlər.

Tender predmeti haqqında ətraflı məlumat tenderin Əsas şərtlər toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (otaq № 404, tel.: (+99412) 565 41 85, e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. – Natiq Yaqubov) ünvanından ala bilərlər.

 

İştirak haqqı 500 (beş yüz) manat

VÖEN:   1302005391

İBAN:   AZ20AIIB33010019443701802107

Bank rekvizitləri:                                        

Bankın adı: Kapital Bankın Xətai filialı

M.H:   AZ37NABZ01350100000000001944

Kod:   200071                                  

VÖEN:   9900003611                     

S.W.İ.F.T   AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- digər sənədlər: tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, işlərin icra edilməsini təmin edəcək işçilər haqqında məlumat (mövcud sertifikatlar əlavə edilməklə), habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.

İddiaçılar tender təklifi və tender təklifinin bank zəmanəti istisna olmaqla digər sənədləri əsli və surəti olaraq 2(iki) nüsxədə təqdim edirlər.

İddiaçılar tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatını (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) bağlı, möhürlənmiş, imzalanmış zərflərdə 2 nüsxədə (“Əsli” və “Surəti”) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin “Əsli” və “Surəti” arasında fərqlər olduqda üstünlük üzərində “Əsli” sözü yazılmış nüsxəyə veriləcəkdir.

İddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır.

Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 45 (qırx beş) təqvim günü müddətində icra olunmalıdır.

     Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  1. a) iddiaçının maliyyə təklifi;
  2. b) avadanlığın texniki parametrləri üzrə tələblər;
  3. c) ixtisaslı kadrların olması.

 

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla)  20 iyun 2018-ci il tarixinə qədər (saat 12.00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 02 iyul 2018-ci il tarixə qədər (saat 12.00-dək) Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A  (otaq № 404) nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 03 iyul 2018-ci il tarixdə (saat 12.00-da) Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (otaq № 109)  nömrəli ünvanda açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası 

 
 
 

Sorğu

İpotekanın dövlət qeydiyyatına alınması və ləğv edilməsi xidməti barədə məlumatlısınızmı?