AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində ArcGIS təlimlərinin keçirilməsi işinin satın alınması üzrə açıq tender elan edir.

 

Tenderdə ArcGIS təlimlərinin keçirilməsi və dinləyicilərin sertifikatlaşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.

Tender predmeti haqqında ətraflı məlumat tenderin Əsas şərtlər toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti 139A (otaq № 405, tel.: (+99412) 5654195 (daxili: 2014); e-mail:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Fuad Mütəllimov) ünvanından ala bilərlər.

 

İştirak haqqı 500 (beş yüz) manat

AZN Hesabı

Qurum: Əmlak Məsələləri Dövlət Komitəsi

VÖEN: 2000015631

H/h: AZ84CTRE00000000000002647970

Büdcə səviyyəsinin kodu – 7

Büdcə təsnifatının kodu – 142340

Emitent

Dövlət Xəzinədarlıq Agentliyi

Bank kodu: 210005

VÖEN: 1401555071

M.h: AZ41NABZ01360100000000003944

 

Xarici valyuta hesabı

 

Dollar hesabı: AZ02AİİB32150018403700201107

M.h: AZ56NABZ01350200000000001840

 

Avro hesabı: AZ79AİİB32150019783700201107

M.h: AZ82NABZ01330200000000001954

VÖEN: 2001462101

4 Saylı Xəzinədarlıq İdarəsi (Əmlak Məsələləri Dövlət Komitəsinə)

 

 

İştirak haqqı heç bir halda geri qaytarılmır

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (Tender təklifinin qüvvədə olma tarixindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- digər sənədlər: işlərin icra edilməsini təmin edəcək işçilər haqqında məlumat (mövcud sertifikatlar əlavə edilməklə), habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.

İddiaçılar tender təklifi və tender təklifinin bank zəmanəti istisna olmaqla digər sənədləri əsli və surəti olaraq 2(iki) nüsxədə təqdim edirlər.

İddiaçılar tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatını (Tender təklifinin qüvvədə olma tarixindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır) bağlı, möhürlənmiş, imzalanmış zərflərdə 2 nüsxədə (“Əsli” və “Surəti”) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin “Əsli” və “Surəti” arasında fərqlər olduqda üstünlük üzərində “Əsli” sözü yazılmış nüsxəyə veriləcəkdir.

İddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır.

Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 6 (altı) təqvim həftəsi müddətində icra olunmalıdır.

     Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  1. a) iddiaçının maliyyə təklifi;
  2. b) təlimlərinin keçirilməsi və dinləyicilərin sertifikatlaşdırılması tələbləri üzrə təklif;

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla)  24 oktyabr 2018-ci il tarixinə qədər (saat 11.00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 02 noyabr 2018-ci il tarixə qədər (saat 11.00-dək) Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A  (otaq № 404) nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 05 noyabr 2018-ci il tarixdə (saat 11.00-da) Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (otaq № 109)  nömrəli ünvanda açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası 

 
 
 

Sorğu

Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti barədə məlumatlısınızmı?