Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın icrasında Əmlak Məsələləri Dövlət Komitəsinə aid tədbirlər

Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın icrasında Əmlak Məsələləri Dövlət Komitəsinə aid tədbirlər

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən hazırlanmış “İcra və Kommunikasiya Planı”nda nəzərdə tutulub.

Belə ki, planda tikinti sahəsində yeni qaydanın tətbiqi və aparılmış sadələşdirmə işləri ilə bağlı hazırlanmış təqdimat materiallarının Komitənin rəsmi internet səhifəsi və digər informasiya resursları vasitəsi ilə yayımlanması əks olunub. Həmçinin yeni qaydanın tətbiqi ilə bağlı təlim keçirəcək (təlimlərə cəlb olunacaq) komitə əməkdaşlarının (təlimçilərin) müəyyənləşdirilməsi, təlim keçirəcək əməkdaşlar (təlimçilər) üçün müvafiq təlimlərin keçirilməsi, o cümlədən sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsinin ölçülməsi üçün onlar arasında ilkin sorğunun keçirilməsinə dair sorğu anketinin hazırlanması və komissiyanın katibliyinə təqdim edilməsi sənəddə qeyd olunub.

Qeyd edilməlidir ki, tikinti obyektinin tikintisinə və istismarina icazələrin verilməsi tikinti layihəsi ekspertiza tələb olunmayan tikinti obyektləri üzrə prosedur yeni qayda əsasında aparılır. 7-ci prosedur tikinti obyekti üzərində əmlak hüquqlarının qeydiyyata alınmasıdır.

Tikinti sahəsində yeni qaydanın tətbiqi və aparılmış sadələşdirmə işləri ilə bağlı hazırlanmış təqdimat materialları

 

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?