Məmnunluq prinsipinə xidmət edən “Kütləvi çıxarış” kampaniyası: 150-ə yaxın Ağcabədi sakini heç bir yerə getmədən qeydiyyat xidmətlərindən yararlanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının əsas qayəsini dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir metodlarla həyata keçirilməsi təşkil edir. Eləcə də, vətəndaşlara göstərilən ictimai xidmətlərdə məmnunluq səviyyəsinin təmin olunması, insan amilinin ön plana çəkilməsi də prioritet vəzifələrdəndir. Tapşırıqlara uyğun olaraq digər sahələrdə olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaşların xidmətlərə olan əlçatanlığı artırılır, prosedurlar maksimum sadələşdirilir, bu sahədə sosial layihələr reallaşdırılır. Qeyd edilməlidir ki, ərazi və rayon ofisləri ilə yanaşı “Kütləvi çıxarış” kampaniyası və mobil ofis layihələri vasitəsilə də birbaşa olaraq yerlərdə qeydiyyat xidmətləri göstərilir. Kampaniya paytaxtla yanaşı regionları, hətta ucqar kəndləri əhatə edir, tarlalarda, əkin biçin sahələrində, iş yerlərində keçirilir. Ahıl, fiziki imkanları məhdud, tənha şəxslərə yaşadıqları evlərində, mənzillərində qeydiyyat xidmətləri göstərilirik ki, bu da sosial layihəni digərlərindən fərqləndirir. Belə sosial layihələr qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdırmaqla, onların işdən ayrılmamasına, vaxt itkisi olmadan çıxarış əldə etməsinə, vətəndaşların razılığına imkan yaradır.

Ardını oxu...

Çin iş adamları üçün Azərbaycandakı mövcud özəlləşdirmə layihələrinə dair təqdimat həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində 6 fevral 2018-ci il tarixində Pekində Azərbaycan-Çin biznes forumu keçirilib. Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Çinin Kommersiya Nazirliyi və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Biznes-forumda sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak edib.

Forum çərçivəsində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların tərkib hissəsi olan özəlləşdirilmə prosesindən də bəhs edilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən özəlləşmə prosesində innovasiyalar, yeni yanaşmalar, müasir idarəetmə üsulları tətbiq edilir.

Ardını oxu...

Növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirib: 7 əmlak üzrə 17 sifariş qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə özəl sektorun rolunun gücləndirilməsi, yeni müəssisələrin yaradılması məqsədilə yerli və xarici investorlar üçün imkanlar daha da genişləndirilir. Bu özünü investisiyaların təşviqinə və qeyri-neft sektorunun dirçəldilməsinə yönələn tədbirlərdə göstərir. Belə ki, iqtisadi bazanın sütunlarından biri olan özəlləşmə prosesi sürətləndirilir, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi təmin edilir. Özəlləşmə prosesi isə daşınmaz əmlak bazarında iqtisadi aktivliyin artmasına imkan verir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Elektron hərracın tətbiqi, sifarişlərin elektron qaydada verilməsi, paytaxt və regionlar üzrə cəlbedici müəssisələrin özəlləşdirilməyə çıxarılması prosesi isə investor marağını yüksəldir. Keçirilən hərraclar zaman iri investorların, kiçik iş adamlarının, gənclərin, eləcədə qadın sahibkarların fəallığı müşahidə edilir. Bununla da özəlləşdirilmənin sürətlənməsi ilə bağlı aparılan işlər öz nəticəsini verir. Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən kiçik müəssisə və obyektlər, sənaye müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir.

Ardını oxu...

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək

Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi prosesi dayanıqlığını qoruyub saxlayır. Bu istiqamətdə görülən işlərin dinamikliyini artıran hərracların keçirilməsi isə investorların marağını artırmaqla özəlləşdirilmə sahəsində maksimum operativliyi təmin edir. Dövlət əmlaklarının hərraclar vasitəsilə özəlləşdirilməsi, bu sahədə əlçatanlığın artmasına, iqtisadiyyatın inkişafına edilən effektiv təsir imkanlarının genişlənməsinə imkan verir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 mart tarixində keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3596   

Ardını oxu...