Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qobustan şəhərində vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 yanvar, 2019-cu il tarixində Qobustan şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Olimpiya İdman Mərkəzində  keçiriləcək. Qəbulda Qobustan rayonu ilə yanaşı Şamaxı, Ağsu, Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsi:

(02026) 5-10-76, (02026) 5-75-06

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsi:

(02026) 5-01-07, (02024) 5-01-02

 
 
 

Sorğu

İpotekanın dövlət qeydiyyatına alınması və ləğv edilməsi xidməti barədə məlumatlısınızmı?