QHT və media nümayəndələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə” adlı info-tur və açıq qapı günü keçiriləcək. Tədbir fevralın 12-si saat 09:30-da baş tutacaq.

Məqsəd vətəndaşlara göstərilən xidmətlərin əyani olaraq nümayişi, prosedurların izah olunması, o cümlədən, tətbiq edilən yeniliklər və elektron idarəetmə mexanizmi ilə tanışlıqdır. Həmçinin gələn iştirakçıların Məkanda göstərilən xidmətlərlə bağlı sualları cavablandırılacaq.

İnfo-tur çərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baş tutan hərracın keçirilmə zalında olub prosesi canlı izləyəcəklər.

Tədbir fevralın 12-si saat 09:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20) keçiriləcək.

 

Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə nömrəsi : 050-235-30-33

 
 
 

Sorğu

Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti barədə məlumatlısınızmı?