11 iyun hərracında rəqabət: əmlakın start qiyməti 2 dəfə artdı

Hərraclar biznes mühitində olmaq istəyənlərə geniş imkanlar yaradır. Belə ki, özəlləşməyə müxtəlif çeşiddə və münasib qiymətə dövlət əmlakları çıxarılır. Bu isə hər bir sərmayəçinin biznes layihələrinə uyğun olaraq əmlak sahibi olmasına şərait yaradır. Belə üstünlüklərlə yanaşı özəlləşmə prosesinin keçirildiyi məkana gəlməklə bağlı investorların zamanını planlaşdırmağa da ehtiyac qalmır. Belə ki, funkisonallığı ilə seçilən Elektron hərracın tətbiqi bu məsələni tam olaraq həll edib. Sistem məkan və zaman məfhumunu aradan qaldırıb.

Ardını oxu...

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması necə həyata keçirilir?

Əmlak Məsələləri Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyətlərdən biri də  Daşınmaz əmlakın sxematik bölgüsünün aparılmasıdır. Bu xidmət hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılmasını əhatə edir.

İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır. Daha sonra aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Xidmətin səlahiyyətinə aid edilməyən müraciətlər aidiyyəti quruma göndərilir.

Ardını oxu...

9 iyul hərracına hansı dövlət əmlakları çıxarıldı?

Vətəndaşların məmnunluğunu daima öz fəaliyyətində əsas tutan Əmlak Məsələləri Dövlət Komitəsi müasir üsullarla özəlləşdirmə xidmətlərini həyata keçirir. Bu sahədə elektron hərracın tətbiqi isə vaxta qənaətə və rahatlığın təminatına yönəlib. Komitə xidmətlə vətəndaş arasında məsafəni minimuma endirərək şəffaf, məhdudiyyətsiz mühitdə hərrac prosesini təklif edir.

Ardını oxu...

4 iyun hərracının nəticələri açıqlandı

İqtisadiyyatda özəl sferanın xüsusi çəkisinin artırılması üçün investiya mühiti daha da sağlamlaşdırılır, yerli və xarici investorlar özəlləşməyə cəlb edilir. Özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar da investor kütləsini bu prosesə cəlb etmək üçün unikal vasitədir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə hərrac 4 iyun tarixində keçirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Sabirabad rayonunda yerləşən 48 saylı yeməkxanadır. Ümumi sahəsi 226,3 kv.m, torpaq sahəsi 770 kv.m təşkil edən bu iaşə obyekti xidmət sahəsinə aid olmaqla investor üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. 

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?