Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar” faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xatırlanaraq 24 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunub. Qeyd edilib ki, Qan­lı 20 Yanvar tək­cə fa­ciə günü­müz de­yil, həm də ta­ri­xi­mi­zin şan­lı sə­hi­fə­si­dir. 20 Yan­var özü­mü­zü bir mil­lət ki­mi ta­nı­dı­ğı­mız və dərk et­di­yi­miz gün­dür. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəman oğul və qızlarımız sovet imperiyasının mürtəce siyasətinin qurbanı olmuşlar.

Ardını oxu...

Şəffaflığın daha da artırılması məqsədi ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyat və kadastrı ilə bağlı şəffaflığın daha da artırılması, ictimaiyyət üçün maarifləndirmə və hüquqi izahat işlərinin aparılması istiqamətində müntəzəm tədbirlər həyata keçirir.

Belə tədbirlərin davamı olaraq, komitə tərəfindən Lənkəran şəhərində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı seminar keçirilib.

Seminarın təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin daha da genişləndirilməsi, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır. Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərin qeydiyyat prosesinin praktik tərəfləri və prosedurları barədə hüquqi biliklərinin daha da artırılmasıdır. Daşınmaz əmlakın qeydiyyatının iqtisadi və sosial səmərələrinin ictimaiyyətə çatdırılması da tədbirin məqsədlərindəndir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?