Mərkəzin strukturu

 

 

 

 Şöbələrin əsas funksiyaları.

 

İnformasiya Sistemləri və Proqram Təminatının İşlənməsi şöbəsi .

  Şöbənin əsas funksiyaları:

  • ƏMDK üzrə yeni informasiya sistemlərinin yaradılması prosesində proqramlaşdırma işlərini təmin etmək;
  • ƏMDK-nın informasiya-kommunikasiya sahəsində iştirakçısı olduğu beynəlxalq layihələrdə iştirak etmək;
  • ƏMDK üzrə mövcud informasiya sistemlərinin dəstəklənməsi və onların təkmilləşdirilməsi sahəsində tədbirləri həyata keçirmək;
  • ƏMDK-nıin fəaliyyət sahələri üzrə elektron reyestrlərin yaradılmasını təşkil etmək və onların təhlükəsizliyini təmin etmək;
  • ƏMDK üzrə İKT Strategiyasının hazırlanması, həyata keçirilməsi və daim inkişaf etdirilməsi üçün təkliflər hazırlamaq;
  • ƏMDK-nın informasiya siyasətinin həyata keçirilməsində iştirak etmək;
  • ƏMDK üzrə idarəetmə proseslərinin elektron hökumət prinsipləri əsasında təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və icrası ilə bağlı tədbirləri həyata keçirmək;
  • İKT sahəsində beynəlxalq təcrübəni öyrənmək və tətbiqini təşkil etmək;  

Şəbəkə Sistemləri və Məlumat Bazalarının İdarə Edilməsi şöbəsi. 

   Şöbənin əsas funksiyaları: 

  • ƏMDK üzrə yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsində iştirak edilməsi;
  • İnformasiya texnologiyaları və texniki vasitələrdən istifadə etməklə ƏMDK-nın mərkəzi aparatında və digər qurumlarında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasında iştirak edilməsi;
  • İKT sahəsində yeni layihələrin işlənib hazırlanması və tətbiq edilməsi;
  • ƏMDK-nın korporativ şəbəkəsinin təhlükəsizliyinin və işçi vəziyyətdə saxlanmasının təmin edilməsi;
  • ƏMDK-nın informasiya resurslarının təhlükəsizliyinin və işçi vəziyyətdə saxlanmasının təmin edilməsi;
  • ƏMDK-nın korporativ şəbəkəsinin inkişaf etdirilməsi və daim aktual saxlanması üçün tədbirlərin görülməsi;
  • ƏMDK üzrə İKT Strategiyasının hazırlanması, həyata keçirilməsi və daima inkişaf etdirilməsində iştirak edilməsi;
  • ƏMDK-nın İKT sahəsində iştirakçısı olduğu beynəlxalq layihələrdə iştirak edilməsi;
  • Azərbaycan Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması zamanı təşəbbüslərin göstərilməsi və işlərin təşkil edilməsində iştirak edilməsi;
  • İKT sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin təşkil edilməsində iştirak edilməsi.  

İnformasiya Təhlükəsizliyi və Sistem Analitikası şöbəsi.

   Şöbənin əsas funksiyaları:

  • Qurumun İnformasiya Təhlükəsizliyi siyasətini həyata keçirir, standartları, təlimatları, formaları hazırlayır və onların işləkliyinə nəzarət edir;
  • Qurumun beynəlxalq standartlarına cavab verməsi və bu sahədə inkişaf etməsi üçün lazımi tədbirləri görür, sənədləri tərtib edir və Məlumat Təhlükəsizliyi İdarəetmə Sisteminin idarə olunmasında iştirak edir;
  • İnformasiya texnologiyaları və proqram təminatı sahələrində meydana çıxan yenilik, texnologiya, metodologiya, vasitə, dil, standart və sistemləri izləyib öyrənir, tətbiq sahəsini təyin edir, yaradılan yeni versiyalardakı dəyişikliklərin mövcud sistemlərə necə təsir edəcəyini müəyyən edir və bu yeniliklərin qurumun informasiya sistemlərinə tətbiqini analiz edir;
  • ƏMDK üzrə yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsində iştirak edir;
  • İdarəetmə proseslərinin elektron hökumət prinsipləri əsasında təkmilləşdirilməsi sahələri üzrə təkliflərin hazırlanmasında iştirak edir;
  • İnformasiya sistemlərinin və proqram təminatlarının işlənməsi üçün texniki tapşırıqların hazırlanmasında iştirak edir;
  • ƏMDK üzrə İKT Strategiyasının hazırlanması, həyata keçirilməsi və daima inkişaf etdirilməsində iştirak edir;
  • ƏMDK-nın İKT sahəsində iştirakçısı olduğu beynəlxalq layihələrdə iştirak edir;
  • Yeni informasiya sistemlərinin yaradılması zamanı təşəbbüslərin göstərilməsi və işlərin təşkil edilməsində iştirak edir;
  • İKT sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin təşkil edilməsində iştirak edir. 

Texniki dəstək və servisin təşkili şöbəsi.

   Şöbənin əsas funksiyalarıı:

  • ƏMDK üzrə yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsində iştirak edilməsi;
  • ƏMDK-da istifadə olunan kompüter texnikasının normal fəaliyyətinin və təhlükəsizliyinin təmin edilməsi;
  • ƏMDK üzrə İKT Strategiyasının hazırlanmasında, həyata keçirilməsində və daima inkişaf etdirilməsində iştirak edilməsi;
  • İKT sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin təşkil edilməsində iştirak edilməsi. 

Maliyyə və təsərrüfat  şöbəsi.

 Şöbənin əsas funksiyası İTMİM-in maliyyə-təsərrüfat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə əlaqədar qeydiyyat və uçot-hesabat işlərinin mühasibatlıq haqqında qanunvericilik aktlarına uyğun olaraq yerinə yetirilməsini təşkil etməkdir. 

Ümumi şöbə.

Şöbənin əsas funksiyası İTMİM-də kadr, kargüzarlıq, arxiv və təsərrüfat işinin təşkili, aparılması və ona nəzarətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.