Əmlak Xidmətləri Məkanı fəaliyyətə başladı!

 

Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərilən xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi,  xidmətlərin tam elektronlaşdırılması təmin edilmişdir.

Məkan Xəlil Rza Ulutürk 20 ünvanında yerləşir. Ulduz metrosundan 700 metr məsafədədir. 38 və 184 nömrəli avtobus məkanın yanından keçir. 

 

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verdi. Binanın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parkinq yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görülüb.

Dövlətimizin başçısı Əmlak Xidmətləri Məkanının rəmzi açılışını bildirən lenti kəsdi.

Ardını oxu...

“Özəlləşdirilmə portalı”na baxış sayı 2 milyonu ötüb

 

Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün Özəlləşdirilmə portalı əlverişli platformadır. Bununla Azərbaycanda özəlləşəcək bütün dövlət əmlakları vahid məkanda cəmləşib və həmin obyektləri bir virtual məkandan əldə etmək mümkündür. Sayt özəlləşdirmə prosesində çevikliyin, şəffaflığın, optimallığın təmin edilməsində, iri müəssisələrin özəlləşdirilməsində, büdcə daxilolmalarının artırılmasında bir növ dəstək mexanizmidir. Portalın fəaliyyəti əmlak sahibi olmaq üçün lazım olan prosedurları olduqca sadələşdirib. Yeni yanaşmaların tətbiq edildiyi portala daxil olmaqla bütün prosesləri elektron üsullarla həyata keçirmək mümkündür. Belə ki, investor sayt vasitəsilə elektron qaydada seçdiyi əmlaka sifariş verə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Başqa sözlə sayt vasitəsilə investor heç bir yerə getmədən internet vasitəsilə onlayn rejimdə hərracda iştirak edə bilir. Portal sayəsində keçirilən hərracları canlı izləmək də mümkündür. Bu imkanlar nəticəsində sayta baxış sayı 2 milyonu ötüb.

Ardını oxu...

Yeni il ərəfəsində keçirilən “Kütləvi çıxarış” kampaniyası Sabirabadın 7 kəndini əhatə etdi

 

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş məmnunluğunu artırmaq məqsədilə ictimai xidmətlərdə sosial aksiyaları mütəmadi olaraq keçirir. “Kütləvi çıxarış”, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”  kampaniyası ilə xidmətin vətəndaşın ünvanına çatdırılması, mülkiyyət hüquqlarının geniş təminatı, vətəndaşların xidmətlərdən rahat və əlçatan formada istifadəsi, daşınmaz əmlakların çevik qeydiyyatı reallaşır.

“Kütləvi çıxarış” kampaniyası ilə vətəndaşlara birbaşa ünvanlarında, iş yerlərində hazır çıxarışlar təqdim olunur, qeydiyyat xidmətləri göstərilir. Komitə tərəfindən sosial əhəmiyyəti yüksək olan bu aksiyanın bayram ərəfələrində keçirilməsi isə ənənəvi hal alıb. “Kütləvi çıxarış” kampaniyası dekabrın 27-si Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Sabirabad rayonunda keçirilib. Bu sosial layihə rayonun 7 kəndində baş tutub. Belə ki, kampaniya Qalağayın, Nizami, Bulaqlı, Nərimankənd, Yastıqobu, Moranlı və Qaratəpə kəndlərini əhatə edib.

Ardını oxu...